Icma.az
close
up
RU
İnformasiya cəmiyyəti: haradan haraya...

İnformasiya cəmiyyəti: haradan haraya...

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnformasiya cəmiyyəti ifadəsi son illərdə tez-tez istifadə olunan anlayışlardan biridir. Bu konsepsiya rabitə və informasiya texnologiyalarının inkişafı ilə formalaşan yeni sosial quruluşu ifadə edir. İnformasiya cəmiyyətində insanlar informasiyanın daimi inkişafda olma xarakterinə görə davamlı olaraq məlumat alırlar, bu da onları daim təkmilləşdirir. Beləcə informasiya qəbulu aktiv insan olma xüsusiyyətini qazandırır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı informasiya cəmiyyətinin yüksəlişinə təkan verən amillərdir.

İnformasiya cəmiyyəti — əhalinin böyük hissəsinin müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olduğu cəmiyyətdir. İnformasiya cəmiyyətinə xas olan münasibətlər informasiyalaşdırma prosesinin uğurlu başa çatdırılması nəticəsində formalaşır.

Cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması, daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması, insanların effektiv informasiya qarşılıqlı əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılması informasiya cəmiyyətinin əsas proseslərindəndir. Kommunikasiya texnologiyasındakı inkişaflar informasiya cəmiyyətinə keçiddə ən böyük amil oldu.

İnformasiya cəmiyyəti, əsas istehsal faktorunun informasiya olduğu və informasiyanın emalı və mühavizə edilməsində kompüter və kommunikasiya texnologiyalarına əsaslanan sosial quruluşdur. Bu gün informasiya cəmiyyətinin yeri və əhəmiyyəti kifayət qədər yüksəkdir. Rəqəmsal texnologiyalar cəmiyyətin hər bir sektorunda inkişafı sürətləndirmək gücünə malikdir. Onun sayəsində işlər sürətlənir, məsafələr qısalır, məhsuldarlıq artır. Lakin hətta bu əsrdə belə bu potensial çoxları üçün əlçatmaz olaraq qalır. Hələ də kommunikativ imkanı olmayan olmayan 2,6 milyard insan var. İnternet və rəqəmsal cihazların əlçatanlığı ilə bağlı boşluqlar, eləcə də məhdud rəqəmsal bacarıqlar xüsusilə qadınların və qızların bugünkü iqtisadiyyatda təmsil olunmamasına rəvac verir.

17 may tarixi 1969-cu ildən bəri "Ümumdünya Telekommunikasiya Günü" kimi qeyd olunur. 2010-cu ildən sonra bu günün adı "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü" kimi qeyd olunur. Günün əsas devizi isə “informasiya və komünikasiya texnologiyalari ilə daha yaxşı həyat”dır. 1970-ci ildən bəri baş verən informasiya inqilabı prosesində ən mühüm mənbə informasiyadır. İnformasiyanın artması sürətli, dəyişkənliyi çevikdir. İnformasiya cəmiyyətində sürətli dəyişiklik və inkişaf sosial həyatın ən mühüm xüsusiyyətlərindəndir.

Dövrümüzün reallığı olan kommunikasiya və informasiyanın əhəmiyyəti hər gün daha da artır. Yaşadığımız dövrdə telekommunikasiya, informasiya texnologiyaları o qədər sürətlə inkişaf edir ki, bu sürətə ayaq uydurmaq günü-gündən çətinləşir. Əgər bu sürətlə davam edəcəksə yaxın gələcəkdə telekommunikasiya əsrində hansı inkişaflar baş verəcək və bunun nəticəsi insanlar üçün necə olacaq?

İnformasiya insan şüurunun qavraya biləcəyi bütün faktlara, məlumatlara verilən addır. İnformasiya ümumi ola bilər, hər hansı sahəyə aid ola bilər, hər hansı faktı əhatə edə bilər. İnformasiya sonsuzdur, sərhədsizdir. Bu gün biz mövcud informasiyanın hər an çoxaldıldığı, təhrif edildiyi və hətta çox fərqli şəkildə təqdim edildiyi saysız-hesabsız nümunələr görürük. Xüsusilə sosial şəbəkələr informasiya cəmiyyəti üçün hədə rolunu öynayır.

İnformasiya cəmiyyətində kəmiyyət keyfiyyətin önünə keçməməlidir, lakin keçir. Rabitə əsrində informasiya əldə etmək asanlığının artması dezinformasiyanı artırır, amma artırmamalıdır. İnsanlar informasiyanın dəqiqliyini araşdırmaq əziyyətinə qatlaşmırlar, lakin qatlaşmalıdırlar, Kütləvi İnfirmasiya Vasitələri yalan məlumat yaymamalıdırlar, amma reytinq xətrinə bunu edirlər. Beləcə, informasiya cəmiyyətində çirkli mühit yaranır. Beləcə informasiya əldə etmək, məlumatlı olmaq, araşdırmaq, təsdiq almaq və düzgün məlumat əldə etmək kimi yanaşma tərzi demək olar ki, yox olur.

İnformasiya cəmiyyətində prisoritet qurum və şirkətlərin ictimaiyyətə açıqlama ilə bağlı öhdəliklərini yerinə yetirməsini təmin etmək və məlumatlara çıxışı asanlaşdırmaqdır. Habelə şirkətlərin kommersiya fəaliyyəti və maliyyə vəziyyəti ilə bağlı mühüm məlumatların şəffaf şəkildə paylaşılmasını təmin etmək də əsasdır.

İnformasiya insanlara özünə inam qazandırır, hadisələri qabaqdan görmə imkanı yaradır. İnformasiyalı adamın özünə inamı təkəbbür deyil, bu, möhkəm təməllərə söykənən bir cəsarətdir. Məsələn, həkim bilir ki, xəstəsinə ən uyğun müalicə nədir, müəllim bilir ki imtahanda uşaqlara ən çox hansı mövzuda sual düşə bilər, mühəndiz bilir ki binanı necə möhkəm inşa etməlidir ki təbii fəlakətlərə dözümlü olsun. Bax, bu informasiyalar onlara peşəkar bir cəsarət verir.

Bir neçə gün öncə BMT-nin rəsmi saytında bu gün haqqında paylaşılan məlumatda bildirilirdi ki, bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü Beynəlxalq Telekommunikasiya İttifaqının 160 illiyini qeyd edir. Teleqrafdan radioya, internetdən süni intellektə qədər texnologiya bizim yaşamaq, işləmək alqoritmimizi və əlaqə vasitələrimizi dəyişdirdi. Bu il rəqəmsal transformasiyada gender bərabərliyinə diqqət yetirilməsi məsələsini qabardan təşkilat qadınlar və qızların gələcəyimizi formalaşdıran sahələrdə - elm və texnologiyada ciddi şəkildə təmsil olunmadığından narahatdır.

Bildirilir ki, bu ədalətsizlik hamımıza ziyan vurur. Biz təcili olaraq hamı üçün rəqəmsal bacarıqlara çıxış asanlığına sərmayə qoymalıyıq, qadınların həyatını yaxşılaşdırmaq üçün texnologiyanın potensialından istifadə etməsini təmin etməliyik, onların texnologiya sektorunda tam iştirakını və liderliyini əngəlləyən maneələri aradan qaldırmalıyıq, və gender əsaslı zorakılığın bütün formalarının aradan qaldırılması üçün işləməyə davam etməliyik. Paylaşımın devizi belədir: “Gəlin birlikdə rəqəmsal transformasiyanın tərəqqi, inklüzivlik və bərabərlik üçün güc olmasına kömək edək”.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see360

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see324

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see266

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see254

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see247

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see238

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see233

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see229

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see228

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see228

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see226

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see223

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see220

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see219

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see206

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see203

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see202

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see184

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri