Icma.az
close
up
RU
Müasir dünyamızda informasiya cəmiyyəti

Müasir dünyamızda informasiya cəmiyyəti

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda da prioritet sahə olmaqla, daim diqqət və qayğı ilə əhatə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyada gedən prosesləri uzaqgörənliklə qiymətləndirərək, İKT sektorunun, informasiya və biliklər iqtisadiyyatının inkişafını ölkəmizdə prioritet sahə elan etmişdir. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı milli strategiyalar, strateji yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul edilib. Bu gün iyirmi birinci yüzillikdə bəşəriyyətin yeni inkişaf dövrünə qədəm qoyması yeni cəmiyyətin formalaşmasını labüd edib. Belə bir dövrdə beynəlxalq aləm - 17 may tarixini Beynəlxalq Telekommunikasiya və Rabitə, həmçinin, Ümumdünya İnformasiya Həmrəyliyi Gününün elan olunması kimi qeyd edir. Beynəlxalq Telekommunikasiya və Rabitə Günü Beynəlxalq Elektroəlaqə İttifaqı İdarəedici Sovetinin 1969-cu il qərarı ilə təsis olunub. Ümumdünya İnformasiya Cəmiyyəti Günü isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 27 mart 2006-ci il tarixdə elan edilib. Bu tarixin seçilməsi də təsadüfi deyil. 1865-ci ilin həmin günündə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri Beynəlxalq Teleqraf İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar.

Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün 17 May Ümumdünya İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Müstəqil dövlətimizdə zamanın və dövrün çağırışlarına uyğun olaraq Azərbaycanda informasiya cəmiyyətinin formalaşması strateji məsələ kimi qarşıya qoyulmuş və müasir cəmiyyətə inteqrasiya səviyyəsi dövlətin iqtisadi inkişaf dərəcəsini əks etdirən amilə çevrilmişdir.

Azərbaycanda bu sahənin əsasını Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində qoyub. Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirdi. Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haqqında Sərəncam imzaladı. Daha sonra 21 oktyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nı imzaladı. Buna uyğun olaraq, ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf Konsepsiyası rəqəmsallaşma ilə yanaşı, dövlətin, biznesin və vətəndaşların fərdi məlumatlarının qorunmasını, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasını və İKT üzrə peşəkar mütəxəssislərin hazırlanmasını hədəf alıb. Eyni zamanda, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasında da bu sahədə kadr potensialının artırılması ilə bağlı tədbirlər nəzərdə tutulub.

BÜROKRATİK ƏNGƏLLƏR VƏ MÜMKÜN KORRUPSİYA HALLARI ARADAN QALDIRILDI

Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. Beləliklə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN Xidmət" mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərmək, "ASAN Xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. 2012-ci ildən başlayaraq, Bakının bir neçə rayonunda "ASAN Xidmət" mərkəzləri sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı.

Bu illər ərzində "ASAN Xidmət" bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. "ASAN xidmət" nümunəyə çevrilib. Sosial təminat sahəsində buna bənzər DOST mərkəzləri fəaliyyətə başlayıb. Dövlət başçısının vurğuladığı kimi, "ASAN xidmət" kimi, DOST mərkəzləri də bütün ölkəmizi əhatə edəcək.

Artıq vətəndaşlar bir sıra dövlət xidmətlərindən heç bir bürokratik əngəl, zaman, məkan problemi olmadan rahat şəkildə istifadə edə bilirlər. "Bir pəncərə" prinsipinə əsaslanan "Elektron Hökumət" portalının fəaliyyəti, "ASAN Xidmət" modeli ölkəmizin bu sahədə uğurla həyata keçirilən və vətəndaş məmnunluğuna hədəflənən layihələrdir.

İNFORMASİYA MƏKANININ SUVERENLİYİ VƏ TƏHLÜKƏSİZLİYİ

Ölkəmizdə informasiya cəmiyyətinin, elektron dövlətin, informasiya və biliklər iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin nəticəsi olaraq, Azərbaycanda genişzolaqlı internet infrastrukturu inkişaf etdirilmiş, vətəndaşların təhlükəsiz və keyfiyyətli internet xidmətlərindən istifadəsinin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş və strategiyada bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən edilmişdir. Bu strategiya informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə, növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaratmış oldu.

Azərbaycanın telekommunikasiya peyklərinin orbitə buraxılması, ölkəmizdə kosmik sənayenin formalaşdırılması dövlət başçısının güclü siyasi iradəsindən, uzagörənliyindən və yüksək iqtisadi potensialdan xəbər verir. Bununla, ilk növbədə, Azərbaycan özünün telekommunikasiya xidmətlərinə dair ehtiyaclarını ödəyir, informasiya məkanının suverenliyini, təhlükəsizliyini daha etibarlı şəkildə qoruya bilir.

Ölkəmizin 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi Azərbaycanın innovativ sənayedə apardığı islahatlara verilən beynəlxalq qiymət kimi də xarakterizə edilir. Azərbaycan Prezidenti İlham Əliyevin konqresin açılış mərasimində qeyd etdiyi kimi, 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfədir.

2008-ci ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə" Dövlət Proqramı qəbul edilməsi Azərbaycanın yeni kosmik tarixinin başlanğıcı idi. 2010-cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Bundan 3 il sonra isə "Azerspace-1" telekommunikasiya peyki orbitə çıxarıldı. 2014-cü ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarıldı. Azərbaycan regionun ilk kosmik ölkəsinə, beynəlxalq "kosmik klub"un tamhüquqlu üzvünə çevrildi. Peyk operatoru kimi fəaliyyətə başlayan Azərkosmos 2021-ci ildən Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi olaraq fəaliyyət göstərir. Azərbaycanın sahib olduğu və idarə etdiyi peyklər ölkənin informasiya təhlükəsizliyinə, milli dövlətçiliyə xidmət edir.

"AĞILLI ŞƏHƏR" VƏ "AĞILLI KƏND" KONSEPSİYASI

Yüksək texnologiyaların ölkəmizdə inkişafı "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının hazırlanmasına zəmin yaradıb. Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Bu gün işğaldan azad edilmiş ərazilərdə də "smart-city", "smart-village" yəni, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası qurulur. Əlbəttə ki, bu layihənin məqsədi kəndlərdə əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə rahat çıxışı təmin etmək, eləcə də xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər arasındakı fərqi aradan qaldırmaqdır. Yüksək texnologiyalara əsaslanan "Ağıllı kənd" və "Ağıllı şəhər" layihəsi ən qabaqcıl texnologiyaların tətbiqidir. İlk "Ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndindən start götürdü. İnformasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. İndi bu sahədə ölkəmizdə uğurlu işlər görülməkdədir. Bu gün ölkəmizdə də təhlükəsizlik məsələləri və eləcə də, internetin və informasiya cəmiyyətinin inkişafı diqqət mərkəzindədir.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri