Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

İnformasiya liderliyini qoruyub saxlayan Azərbaycan Televiziyası TƏHLİL

İnformasiya liderliyini qoruyub saxlayan Azərbaycan Televiziyası TƏHLİL

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər gün milyonlarla insanla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan televiziya yarandığı zamandan izləyicilərini ətrafında cəmləşdirib. Azərbaycanın və dünyanın ictimai-mədəni həyatında əhəmiyyətli hadisələri milyonlarla tamaşaçıya təqdim edərək hər kəsin məlumatlara əlçatanlığını təmin edib. Hər evdə, hər bir ocaqda bir ab-hava yaradıb. Xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi, məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən televiziya yetişən nəsillərin müasirinə çevrilib. Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin edərək, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirən televiziya bütün informasiyaları, tədbirləri müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaq kimi məqsədə xidmət göstərir. Belə ki, yarandığı zamandan milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı proqramlar vasitəsilə vətəndaşların maraqlarını təmin edir. Geniş tamaşaçı auditoriyası toplayan Azərbaycan televiziyası ölkə qanunvericiliyinə əsaslanaraq, informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyünü əsas tutur. Yeni dolğun xəbərlərlə xalqımızı məlumatlandırır, hər hansı hadisəyə qərəzli, öz şəxsi mənafeyi baxımından yanaşmır. Xalqın yarım əsrdən artıq tarixi ilə birgə yol gələn Azərbaycan televiziyası keşməkşli günlərin də, xoş soraqların da tarixini əbədiləşdirib. Azərbaycan televiziyasının böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin ideyalarından bəhrələnib, cəmiyyətin ən müxtəlif təbəqələrinin arzu və maraqlarını əks etdirib. Bir çox nəzəriyyəçilərin və təcrübəli jurnalistlərin gəldiyi qənaətə görə, Ulu Öndər Heydər Əliyev teleradio ilə təbliğatın, əsasən, tarixi-siyasi, milli əxlaqi, elm-maarifçilik istiqamətlərinə öz çıxış və məruzələrində ideyalar verirdi.
Azərbaycan və dünya müəlliflərinin əsərləri üzrə yüksək sənətkarlıq nümunəsi olan tamaşalar, bədii, sənədli və cizgi filmləri, seriallar, incəsənət əsərləri, mühüm tarixi və mədəni tədbirlər lentə alınaraq "Qızıl fond"da saxlanılır.
Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başladı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. Tarixi dövrünə nəzər salsaq görərik ki, 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.
1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya idarəsi ayrılıqda fəaliyyət göstərirdi. 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı. 1991-ci ildə komitə şirkətə çevrildi. 2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.
TELEVİZİYANIN SINAQ DÖVRÜ
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanması Azərbaycan televiziyası üçün əsl sınağa çevrildi. Kommunist Partiyasının nəzarəti altında fəaliyyət göstərdiyindən və SSRİ daxilində başlayan münaqişəyə hazır olmadığından Azərbaycan televiziyası informasiya siyasətini qura bilmirdi. Separatçıların Xankəndidə keçirdiyi fasiləsiz mitinqlər barədə qısa xəbəri Azərbaycan televiziyası yalnız 10 gündən sonra – hökumətin icazəsi ilə "Qarabağda yaranmış vəziyyət" adı altında efirə verdi. Bakıda başlayan kütləvi nümayişlər zamanı da meydandan birbaşa yayıma TV iki gün gec başladı. Bu isə AzTV rəhbərliyinin Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun iradəsinin əleyhinə çıxması nəticəsində mümkün oldu. Azərbaycan televiziyasının əməkdaşları da xalqla birlikdə Qorbaçovun addımlarına qarşı çıxaraq Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquq normalarına əməl edilməsini, erməni separatçılarının qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirdi. Azərbaycan televiziyası ilə çıxış edən siyasi icmalçılar Kremlin Azərbaycana qarşı apardığı siyasətin mahiyyətini, respublikamızda yaranmış idarə olunmaz ictimai-siyasi vəziyyəti, xalqın haqlı tələblər irəli sürdüyünü cəsarətlə dilə gətirirdilər. Moskvadan gələn emissarların Azərbaycan televiziyası vasitəsilə Kremlin Bakıya qoşun yeritməyəcəyi və fövqəladə vəziyyət elan etməyəcəyi barədə vədlərinə baxmayaraq, 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının enerji bloku partladıldı. Azərbaycan televiziyasının yayımını yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu.
DÜNYA ÖLKƏLƏRİ İLƏ TELEKÖRPÜ
2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə Teleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV – Up-link stansiyasını quraşdırdılar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird", Şimali Amerikaya "Galaxy 25", Asiyaya isə "Azerspace-1" peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülmüşdür.
Sonrakı illərdə Space TV, İTV və digər kanallar fəaliyyətə başladı. Bu gün Azərbaycan televiziyası və radiosu yeni dövrünü yaşayır. İctimai Televiziya müxtəlif məzmunlu proqramların, bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısına çevrilib. Kann kinofestivalını, Vyana Filarmoniya orkestrinin konsertini, "World Music Awards", Olimpiya oyunları kimi bütün dünyada maraqla izlənən böyük layihələri Azərbaycan auditoriyasına, məhz İctimai Televiziya təqdim edib. 24 saat ərzində Azərspace və Hotbird peykləri vasitəsilə İctimai Televiziya və Radio dünyanın əksər ölkələrinə, www.itv.az ünvanlı internet saytı ilə bütün dünyaya yayımlanır.
Türkiyə, Macarıstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq şəraitində işləyərək, sözügedən telekanallarla mübadilə proqramları həyata keçirir. Belə əməkdaşlıq sayəsində təşkil edilən telekörpülər, birgə layihələr mədəniyyətlər vasitəsi ilə müxtəlif xalqlar arasında körpü yaradır, müxtəlif mədəniyyətə və dini görüşə malik xalqların daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmaya və inkişafa yardımçı olur.
Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.
2009-cu il fevralın 1-dən efirə çıxan "İdman Azərbaycan" kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib.
2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində "Mədəniyyət" kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi bu kanal Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.
Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib. Space TV, İTV və digər kanallarının yaradılması prosesində yaxından iştirak etmişlər.
ƏN GÜCLÜ TƏBLİĞAT SİSTEMİ

Azərbaycan televiziyası yarandığı zamandan informasiya liderliyini qoruyub-saxlaya bilib. Neçə-neçə onilliklər arxada qalıb. Sirli-soraqlı dünyamızdan bizlərə məlumatları çatdıran televiziyamız bu illərdə, qərinələrdə olan tariximizin keşməkeşli, uğurlu zamandan tamaşaçısına danışıb. Bəzən sevindirib, bəzən kövrəldib, bəzən də tariximizin dönəmində bizləri düşündürüb. Nələri bizə təqdim etməyib. Diqqətimizi ondan çəkməmişik. Axı əsrlərin tarixindən süzülüb gələn ulu babalarımızın yaşadığı zaman, bu günün həqiqətləri ilə bizləri böyük bir xalqın keçdiyi yol ilə baş-başa qoyub. Müxtəlif məzmunlu proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə, ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. Bu gün də Azərbaycan televiziyasına maraq azalmayıb və hər gün dinlədiyimiz xəbərlər bizə ölkəmizin ictimai-siyasi mədəni həyatı ilə bağlı əhəmiyyətli hadisələri çatdırır.
44 günlük Vətən müharibəsindən xəbərləri Azərbaycan televiziyasından aldıq. Azərbaycan televiziyası xoş müjdələrlə bizləri sevindirdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından bizə məlumat verdi, qələbə sorağını verdi. Füzulinin, Cəbrayılın, Zəngilanın, Şuşanın və başqa ərazilərimizin işğaldan azad olunma xəbərini çatdırdı. Qəhrəman oğullarımızın şücaətindən danışdı. Zəfərimizi dinlədikcə sevinc göz yaşımızı saxlaya bilmədik. Bizim yol yoldaşımız olan bu gün öz sözünü deyə bilən, öz fərqli dəsti-xətti ilə seçilən, ən güclü təbliğat sisteminə çevrilən televiziyamız hələ bundan sonra da xalqın milli tarixi, gələcəyi, Azərbaycanın dinamik inkişafı, uğurları, beynəlxalq mövqeyi ilə bağlı bizə çox xəbərləri çatdıracaqdır.
Zümrüd BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see382

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see318

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see294

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see291

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see259

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see254

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see248

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see244

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see229

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see220

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see207

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see206

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see205

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see205

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see178

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see140

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see133

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri