Icma.az
close
up
RU
Azərbaycan Televiziyası 70

Azərbaycan Televiziyası 70

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi, məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən televiziya yetişən nəsillərin müasirinə çevrilib. Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin edərək, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirən televiziya bütün informasiyaları, tədbirləri müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaq kimi məqsədə xidmət göstərir. Hər gün milyonlarla insanla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan televiziya yarandığı zamandan izləyicilərini ətrafında cəmləşdirib. Azərbaycanın və dünyanın ictimai-mədəni həyatında əhəmiyyətli hadisələri milyonlarla tamaşaçıya təqdim edərək hər kəsin məlumatlara əlçatanlığını təmin edib. Hər evdə, hər bir ocaqda bir ab-hava yaradıb. Belə ki, yarandığı zamandan milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı proqramlar vasitəsilə vətəndaşların maraqlarını təmin edir. Geniş tamaşaçı auditoriyası toplayan Azərbaycan televiziyası ölkə qanunvericiliyinə əsaslanaraq, informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyünü əsas tutur. Yeni dolğun xəbərlərlə xalqımızı məlumatlandırır, hər hansı hadisəyə qərəzli, öz şəxsi mənafeyi baxımından yanaşmır. Xalqın yarım əsrdən artıq tarixi ilə birgə yol gələn Azərbaycan televiziyası keşməkşli günlərin də, xoş soraqların da tarixini əbədiləşdirib. Azərbaycan televiziyasının böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin ideyalarından bəhrələnib, cəmiyyətin ən müxtəlif təbəqələrinin arzu və maraqlarını əks etdirib. Bir çox nəzəriyyəçilərin və təcrübəli jurnalistlərin gəldiyi qənaətə görə, Ulu Öndər Heydər Əliyev teleradio ilə təbliğatın, əsasən, tarixi-siyasi, milli əxlaqi, elm-maarifçilik istiqamətlərinə öz çıxış və məruzələrində ideyalar verirdi. Azərbaycan və dünya müəlliflərinin əsərləri üzrə yüksək sənətkarlıq nümunəsi olan tamaşalar, bədii, sənədli və cizgi filmləri, seriallar, incəsənət əsərləri, mühüm tarixi və mədəni tədbirlər lentə alınaraq "Qızıl fond"da saxlanılır. Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başladı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. Tarixi dövrünə nəzər salsaq görərik ki, 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. 1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya idarəsi ayrılıqda fəaliyyət göstərirdi. 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı. 1991-ci ildə komitə şirkətə çevrildi. 2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrildi. TELEVİZİYANIN SINAQ DÖVRÜ 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanması Azərbaycan televiziyası üçün əsl sınağa çevrildi. Kommunist Partiyasının nəzarəti altında fəaliyyət göstərdiyindən və SSRİ daxilində başlayan münaqişəyə hazır olmadığından Azərbaycan televiziyası informasiya siyasətini qura bilmirdi. Separatçıların Xankəndidə keçirdiyi fasiləsiz mitinqlər barədə qısa xəbəri Azərbaycan televiziyası yalnız 10 gündən sonra – hökumətin icazəsi ilə "Qarabağda yaranmış vəziyyət" adı altında efirə verdi. Bakıda başlayan kütləvi nümayişlər zamanı da meydandan birbaşa yayıma TV iki gün gec başladı. Bu isə AzTV rəhbərliyinin Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun iradəsinin əleyhinə çıxması nəticəsində mümkün oldu. Azərbaycan televiziyasının əməkdaşları da xalqla birlikdə Qorbaçovun addımlarına qarşı çıxaraq Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquq normalarına əməl edilməsini, erməni separatçılarının qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirdi. Azərbaycan televiziyası ilə çıxış edən siyasi icmalçılar Kremlin Azərbaycana qarşı apardığı siyasətin mahiyyətini, respublikamızda yaranmış idarə olunmaz ictimai-siyasi vəziyyəti, xalqın haqlı tələblər irəli sürdüyünü cəsarətlə dilə gətirirdilər. Moskvadan gələn emissarların Azərbaycan televiziyası vasitəsilə Kremlin Bakıya qoşun yeritməyəcəyi və fövqəladə vəziyyət elan etməyəcəyi barədə vədlərinə baxmayaraq, 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının enerji bloku partladıldı. Azərbaycan televiziyasının yayımını yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. DÜNYA ÖLKƏLƏRİ İLƏ TELEKÖRPÜ 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə Teleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV – Up-link stansiyasını quraşdırdılar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird", Şimali Amerikaya "Galaxy 25", Asiyaya isə "Azerspace-1" peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülmüşdür. Sonrakı illərdə Space TV, İTV və digər kanallar fəaliyyətə başladı. Bu gün Azərbaycan televiziyası və radiosu yeni dövrünü yaşayır. İctimai Televiziya müxtəlif məzmunlu proqramların, bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısına çevrilib. Kann kinofestivalını, Vyana Filarmoniya orkestrinin konsertini, "World Music Awards", Olimpiya oyunları kimi bütün dünyada maraqla izlənən böyük layihələri Azərbaycan auditoriyasına, məhz İctimai Televiziya təqdim edib. 24 saat ərzində Azərspace və Hotbird peykləri vasitəsilə İctimai Televiziya və Radio dünyanın əksər ölkələrinə, www.itv.az ünvanlı internet saytı ilə bütün dünyaya yayımlanır. Türkiyə, Macarıstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq şəraitində işləyərək, sözügedən telekanallarla mübadilə proqramları həyata keçirir. Belə əməkdaşlıq sayəsində təşkil edilən telekörpülər, birgə layihələr mədəniyyətlər vasitəsi ilə müxtəlif xalqlar arasında körpü yaradır, müxtəlif mədəniyyətə və dini görüşə malik xalqların daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmaya və inkişafa yardımçı olur. Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir. 2009-cu il fevralın 1-dən efirə çıxan "İdman Azərbaycan" kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib. 2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində "Mədəniyyət" kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi bu kanal Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır. Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib. Space TV, İTV və digər kanallarının yaradılması prosesində yaxından iştirak etmişlər. ƏN GÜCLÜ TƏBLİĞAT SİSTEMİ Azərbaycan televiziyası yarandığı zamandan informasiya liderliyini qoruyub-saxlaya bilib. Neçə-neçə onilliklər arxada qalıb. Sirli-soraqlı dünyamızdan bizlərə məlumatları çatdıran televiziyamız bu illərdə, qərinələrdə olan tariximizin keşməkeşli, uğurlu zamandan tamaşaçısına danışıb. Bəzən sevindirib, bəzən kövrəldib, bəzən də tariximizin dönəmində bizləri düşündürüb. Nələri bizə təqdim etməyib. Diqqətimizi ondan çəkməmişik. Axı əsrlərin tarixindən süzülüb gələn ulu babalarımızın yaşadığı zaman, bu günün həqiqətləri ilə bizləri böyük bir xalqın keçdiyi yol ilə baş-başa qoyub. Müxtəlif məzmunlu proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə, ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. Bu gün də Azərbaycan televiziyasına maraq azalmayıb və hər gün dinlədiyimiz xəbərlər bizə ölkəmizin ictimai-siyasi mədəni həyatı ilə bağlı əhəmiyyətli hadisələri çatdırır. 44 günlük Vətən müharibəsindən xəbərləri Azərbaycan televiziyasından aldıq. Azərbaycan televiziyası xoş müjdələrlə bizləri sevindirdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından bizə məlumat verdi, qələbə sorağını verdi. Füzulinin, Cəbrayılın, Zəngilanın, Şuşanın və başqa ərazilərimizin işğaldan azad olunma xəbərini çatdırdı. Qəhrəman oğullarımızın şücaətindən danışdı. Zəfərimizi dinlədikcə sevinc göz yaşımızı saxlaya bilmədik. Bizim yol yoldaşımız olan bu gün öz sözünü deyə bilən, öz fərqli dəsti-xətti ilə seçilən, ən güclü təbliğat sisteminə çevrilən televiziyamız hələ bundan sonra da xalqın milli tarixi, gələcəyi, Azərbaycanın dinamik inkişafı, uğurları, beynəlxalq mövqeyi ilə bağlı bizə çox xəbərləri çatdıracaqdır. Zümrüd BAYRAMOVA
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Fevral 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see213

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see207

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək Məhkəmə işi

04 İyul 2026 17:14see195

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see190

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see189

Rusiyanın İT sənayesinin tanınmış siması ölü tapıldı KQB də xidmət etmişdi

04 İyul 2026 15:57see186

7 ci sinif şagirdi vəfat etdi

04 İyul 2026 17:20see183

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see178

ATƏT PA da Azərbaycan Belarusa dəstəyini ifadə edib

04 İyul 2026 19:06see167

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see165

7 yaşlı Elanın diş müalicəsi zamanı ürəyi dayandı, araşdırma aparılır

04 İyul 2026 17:25see165

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see164

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see162

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see161

Antonelli qalib oldu

05 İyul 2026 00:59see159

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see159

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see158

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see152

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see150

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri