Icma.az
close
up
RU
İnformasiya məkanımızı da işğaldan azad etməliyik Zahid Oruc

İnformasiya məkanımızı da işğaldan azad etməliyik Zahid Oruc

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Prezident İlham Əliyevin andiçmə mərasimində parlamentin yüksək tribunasından “Bizə təzyiqlər güclənəcək” bəyanatı və "Rossiya-1" telekanalına müsahibəsində “yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” qəzetləri, Dövlət Departamentinin himayəsindəki qeyri-hökumət təşkilatları ölkəmizə hər gün hücum edir” açıqlaması ilə Birinci Şəxs Qələbəmizdən sonra milli təhlükəsizliyimizə ən böyük təhdidlərin informasiya müharibəsi olduğunu göstərir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Zahid Oruc bildirib.

Onun sözlərinə görə, ikiqütblü dünyanın çökməsi, İKT inqilabı və sosial şəbəkələr, "hi-tech" korporasiyaları, izləmə və hakerlər ordusu informasiyanı dağıdıcı geosiyasi silaha çevirib:

"Ölkəmizin ictimai rəyində hökmranlıq etmək, rəqəmsal suverenliyimizi pozmaq və dövlət adamlarını linç edərək xalqı hakimiyyətin üstünə qaldırmaq istəyənlərlə savaşmaq, Ermənistan ordusu ilə döyüşmək deməkdir. Torpaqlarımız kimi informasiya məkanımızı da işğaldan azad etməliyik. Gəlin, adlarını çəkək – “Silikon vadisi” beyin mərkəzləri və Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi – OCCRP, USAİD, NED, NDİ və digər təzyiq institutları, məhkəmə-hüquq çəkişmələrində dünya erməni şəbəkəsinin açar isimləri Luis Okampo və Amal Kluni, Bakıya dönük çıxan Harri Kasparovun “İnsan Hüquqları Fondu”, “Bellingcat” və “Blankspot” özəl kəşfiyyat şəbəkəsi, xaricdəki vətən xainləri – milli simasını itirən Mirzəli, Abbaslı, Osmanqızı və digər terror mediası, avropalı muzdlu məmur, parlamentari və bloger ordusu Zəfərimizi gözdən salaraq, ölkəmizi 27 sentyabra qədərki vəziyyətə qaytarmağa çalışırlar. Gəlin, onları “işğal partiyası” adlandıraq!

Qədim Romadan miras qalan “Parçala və hökm sür” imperiya siyasətini rəqəmsal əsr üçün yeniləyib “Sındır, Sızdır, Parçala” hökmü ilə əvəzləyiblər. “P” hərfi ilə başlayan 4 “ofşor dosyeləri” – Panama, Paradise, Pandora, Pegasus sənədlərində ölkəmizlə bağlı fəsillərin əksəriyyəti küfr və cəfəngiyyatdan ibarət idi. Gözləyirdilər ki, hakimiyyətin “demon” obrazını yaratmaqla ölkəmizi Yaxın Şərqin xaosuna qərq edəcəklər.

R.T.Ərdoğan haqlı olaraq, müasir dövrdə dövlətlərin suverenliyinin fiziki sərhədlərdən çox informasiya məkanında hücuma məruz qaldığını, dənizdə mavi vətən olduğu kimi, rəqəmsal dünyadakı kibervətəni qorumağın vacibliyini vurğulayır. Sabiq prezident Armen Sarksiyan “Ermənistan kiçik dövlət, qlobal millətdir” deyərkən, müharibənin torpaqlardan daha çox digər meydanlarda getdiyini göstərir.

Ona görə də aprel ayında xarici terror mediasının təmsilçilərini legitim hədəflər kimi zərərsizləşdirməyə çağırarkən, hərbi meydanda qazandığımız Qələbəni informasiya səngərində də qorumalı olduğumuzu vurğulamışdıq.

Biz 44 gündə olduğu kimi, “Vətən informasiya müharibəsi” aparmalıyıq, lakin bu savaşın silahı tanklar, toplar, raketlər deyil, sözdür, qələmdir, klaviaturadır, virtual tribunalar və səngərdir. Təklif edirik ki, Türk dövlətləri arasında informasiya məkanını qorumaq üçün Bakı bəyannaməsi imzalansın!

Dünyanın harasında bizə qarşı cəbhə açırlarsa, ora bizim üçün Şuşa olmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 20 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri