“Hüquqi sanksiyalar informasiya məkanını qorumağa imkan yaradır” ZAHİD ORUC
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyev bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əsasən sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib.
Gununsesi.info bildirir ki, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Zahid Oruc qeyd edib ki, bunu həyata keçirmək qaçılmaz idi.
Onun sözlərinə görə, bütün bu məsələlər hüquqi sanksiyalar çərçivəsində nəzərdən keçirildikdə görünür ki, bir neçə gün sonra deyilən deep fakelər artıq ölkə həyatına yansıyır:
“Məsələn, Oğuz TV adlı bir platforma var ki, adı TV-dir, amma mahiyyət etibarilə küfür və terror yayan bir şəbəkədir. Onların ətrafında olanlar da məhz bu cür kontentlərlə daha çox silahlanırlar.
Süni intellekt millətin varlığını müəyyən edən, eyni zamanda Çin nöqtəsi kimi əsas, həssas ünvanlara hücum etməyə imkan verən kontentlərin yaradılmasına şərait yaradır.
Onlar yaxşı bilirlər ki, ailə dəyərləri, valideynə hörmət və bu kimi anlayışlar şərq cəmiyyətlərində həssasdır və məhz həmin nöqtələrdən zərbələr endirirlər”.
Z.Oruc vurğulayıb ki, hakimiyyətin bu sahədə resursları kifayət qədər genişdir və müxtəlif proqramlar, alətlərlə həmin kontentlərin silinməsinə, media strukturlarının fəaliyyətinin müəyyən müddətə dayandırılmasına nail olmaq mümkündür.
O da qeyd olunub ki, ikinci və üçüncü qüvvələr həmin materialları çox asanlıqla yenidən yayımlayırlar:
“Bu halda mübarizə zəncirvari, kimyəvi reaksiya prinsipi ilə daha da çətinləşir. Bütün hallarda bu məsələ onun predmetində öz əksini tapacaq və artıq mövcud olan qanunvericilik, hüquqi imkanlar məsələnin üzərinə getməyə, ölkənin və millətin informasiya məkanında bu cür hallara qarşı mübarizəni gücləndirməyə şərait yaradır”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 19 Yanvar 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















