Icma.az
close
up
RU
İnformasiya müharibəsi silahlı qarşıdurmalardan daha təhlükəlidir Deputat

İnformasiya müharibəsi silahlı qarşıdurmalardan daha təhlükəlidir Deputat

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Milli Məclis sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin sədri ilə görüşü Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh prosesinə mühüm töhfədir. Bu onu göstərir ki, sülh quruculuğu prosesində Azərbaycan parlamenti də fəal iştirak edir.”

Ölkə.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentdə çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, son günlərdə yayılan bir sıra təxribat xarakterli məlumat və açıqlamalar bir daha göstərir ki, informasiya təhlükəsizliyi mövzusu təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşın diqqət mərkəzində olmalıdır.

“Bu gün informasiya dünyada sadəcə məlumat ötürmə vasitəsi deyil, ən güclü strateji silah kimi istifadə olunur. Bu mənada məlumatların kim tərəfindən, hansı məqsədlə və necə paylaşılması milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır”, - o qeyd edib.

Deputat əlavə edib ki, yalan və ya təhrif edilmiş məlumatlar təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin zərərinə işləyə bilər:
“Bu gün informasiya müharibəsi adi silahlı qarşıdurmalardan daha gizli, lakin daha təhlükəlidir. Təəssüf ki, sosial şəbəkələrdə və müxtəlif platformalarda məsuliyyətsiz paylaşımlar etmək, yoxlanılmamış xəbərlər yaymaq adi hala çevrilib.

Bunu biz ən açıq şəkildə İkinci Qarabağ müharibəsi zamanı da gördük. Ölkəmizə qarşı hərbi əməliyyatlarla yanaşı, güclü informasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlər və yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etmək, ordumuzun iradəsini zəiflətmək və xalqımız arasında çaşqınlıq yaratmaq məqsədi daşıyırdı. Lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, dövlətimizin koordinasiyalı fəaliyyəti və doğru informasiya axınını təmin etməsi bu cəhdləri boşa çıxardı.

Bu gün də vəziyyət fərqli deyil. Regionda baş verən proseslər, qlobal güclərin maraqları, ölkəmizə qarşı təxribatçı kampaniyalar, deputat həmkarlarımız barəsində yayılan təhrif olunmuş məlumatlar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir.”

Deputat onu da qeyd edib ki, heç kim unutmamalıdır: informasiya silahı ya bizim gücümüzə güc qatır, ya da əleyhimizə çevrilir.

“Heç kimin ölkəmizin informasiya məkanını çirkləndirməsinə, qələbəmizə xələl gətirməsinə icazə verməməliyik”, - o vurğulayıb.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri