Icma.az
close
up
RU
Deputat: Azərbaycanın qlobal informasiya məkanında mövqeyi güclənir

Deputat: Azərbaycanın qlobal informasiya məkanında mövqeyi güclənir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı Azərbaycanın siyasi xəttinin konturları ilə bağlı ölkə və dünya ictimaiyyətini məlumatlandırdı. Ölkə rəhbəri “Əl-Ərəbiyyə” televiziya kanalına müsahibəsi ilə bir çox məsələlərə aydınlıq gətirdi, mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar prinsipial mövqedə olduğunu bildirərək vurğuladı ki, Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın mövqelərinə əsaslanır. Bu bir reallıqdır ki, Vaşinqton anlaşması 44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə başlanan sülh danışıqlarının məhz ölkəmizin maraqlarına uyğun şəkildə məntiqi sonluğa çatdırılması idi. İmzalanmmış Birgə Bəyannamədə isə Azərbaycanın bütün tələbləri təsbit edilib. Bununla Azərbaycan və Ermənistan ATƏT-in baş katibinə de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılması ilə bağlı birgə müraciət ünvanlayıb. Bununla da 30 ildə heç bir müsbət fəaliyyəti ilə xarakterizə olunmayan Minsk Qrupu tarixin arxivinə göndərildi.

Anar Məmmədovun sözlərinə görə, Dövlətimizin başçısının müsahibədə toxunduğu digər mühüm məsələ Zəngəzur dəhlizi və TRIPP marşrutu ilə bağlıdır: “Zəngəzur dəhlizinin açılması – Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi ilə bağlı olan razılaşmadır. Prezident İlham Əliyev qeyd etdi ki, bu layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və qlobal tranzit sistemləri üçün strateji əhəmiyyət daşıyır. Çünki Zəngəzur dəhlizinin açılması regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətlidir. Bu layihə Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirəcək, Ermənistanı tranzit ölkəyə çevirəcək, bölgədə yeni əməkdaşlıq imkanları yaradacaqdır. ABŞ Prezidenti Donald Tramp tərəfindən “TRIPP – Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adının verilməsi layihəyə beynəlxalq siyasi dəstəyin göstəricisi kimi qiymətləndirilib. Sözsüz ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsi məsələsi yekun sülh sazişinin imzalanması üçün əsas tələb kimi bir daha beynəlxalq ictimaiyyətin gözü önündə bəyan edildi. Prezidentin sülh müqaviləsinə dair mövqeyi Azərbaycanın regional əməkdaşlığa açıq olduğunu nümayiş etdirir".

Deputat vurğulayıb ki, rəsmi Bakı müharibədən sonra revanşist ritorikaya yox, iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılmasına üstünlük verir. Sülh müqaviləsi imzalansa, bu, təkcə iki ölkə arasında deyil, həm də bütün region üçün yeni iqtisadi imkanlar yaradacaq. Belə bir sənədin imzalanması həm Türkiyə, həm də Avropa İttifaqı, hətta Yaxın Şərq ölkələri üçün də strateji əhəmiyyət daşıyır, çünki Cənubi Qafqaz enerji təhlükəsizliyində mühüm tranzit zonadır. Burada diqqətçəkən məqam odur ki, Azərbaycan artıq qlobal mətbuata çıxaraq öz mövqeyini beynəlxalq ictimaiyyətə izah edir. Bu, ölkənin diplomatik fəallığının artdığını və proseslərin yalnız ikitərəfli deyil, beynəlxalq kontekstdə də izlənildiyini göstərir. Nəticə etibarilə, Prezidentin bu tezisi bölgədə sülhün labüdlüyünü önə çəkir və Ermənistan üçün bir seçim qoyur: ya regional əməkdaşlıqdan faydalanmaq, ya da təcrid vəziyyətində qalmaq. Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir. Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə Azərbaycanın xeyrinədir.

"Göründüyü kimi, nüfuzlu “Əl-Ərəbiyyə” televiziya kanalına dövlət başçımızın müsahibəsi regiondakı proseslərlə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir", -deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri