Icma.az
close
up
RU
İnformasiya müstəvisi də müqəddəs yerdir

İnformasiya müstəvisi də müqəddəs yerdir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fikir, söz və məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi


Azər Həsrət: "Nə qədər ki, boşluqları doldurmayacağıq, bizə qarşı bu cür çirkli kampaniyalar davam edəcək"


Medianın altını-üstünü bilən adamlar ortaya çıxarılmalı və əlini daşın altına qoymalıdırlar

Azərbaycanın güclənməsi, iqtisadi-hərbi potensialının artması, ərazi bütövlüyünü bərpa etməsi, nəhəng quruculuq işlərinin aparılması, işğaldan azad edilmiş ərazilərdə sürətlə məskunlaşma, dünya siyasi arenasında söz sahibi olması, bəllidir ki, bədxahlarımızı ölkəmizə qarşı dezinformasiya kampaniyası aparmağa sövq edir. Bəzi xarici dairələr ixtiyarlarında olan müxtəlif media resursları vasitəsilə feyk xəbərlər yayır, Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənmiş yüksək nüfuzuna xələl gətirməyə çalışırlar. Son günlər bu cür hücumlar müşahidə edilməkdədir. Medianın İnkişafı Agentliyi mövcud vəziyyətlə bağlı açıqlama yayaraq belə informasiyaların heç bir əsası olmadığını bəyan edib. MEDİA-nın yaydığı açıqlamada bildirilir ki, son dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur. Yayılan məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə Azərbaycanın İsrailə görə "Avroviziya" Mahnı Müsabiqəsində iştirakdan imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer alıb. Qeyd olunur ki, Azərbaycana qarşı dezinformasiya yayan yuxarıda qeyd olunmuş media resurslarının saxta xəbərlərinin təsiri altında Türkiyə mediasında və sosial media seqmentində bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur. “Beynəlxalq ictimaiyyəti, media resurslarını, jurnalistləri və ictimai fəalları bu kimi dezinformasiya və saxta xəbərlərə inanmamağa çağırır, belə hallara qarşı prinsipiallıq, sayıqlıq nümayiş etdirməyə səsləyirik”.


Qeyd edək ki, bundan əvvəl də oxşar situasiyalar yaranıb və hər dəfə də Medianın İnkişafı Agentliyi bəyanat verərək informasiyaların saxta, yalan olduğunu bəyan edib. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi adından saxta xəbər tirajlanmışdı. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında qeyd olunurdu ki, bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair "deep fake" texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb. Süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir. Agentlik cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırır. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deep feyk" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyir.

Müasir texnologiyalarla hər cür saxta informasiya tərtib etmək və görüntü yaratmaq mümkündür. Sosial şəbəkələrin önünü kəsmək də mümkün deyil. Ölkəmizi sevməyən, bizə qeyri-dost dövlətlər də var. Belə bir zamanda, belə bir şəraitdə Azərbaycan media resursları, həmçinin cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür. Dəqiqləşməmiş informasiyaların yayılması, rəsmi mənbələrin açıqlaması olmadan hansısa mənbələrə istinad edilməsi cəmiyyətdə çaşqınlıq yarada bilər. Hər bir media orqanı bunu nəzərə almalıdır. Saxta informasiyalar təkzib olunur, yalan olduqları üzə çıxır. Amma bununla kifayətlənməliyikmi?     


Əməkdar jurnalist, media eksperti Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, işi iş bilənə tapşırsaq, dezinformasiyaların qarşısını vaxtında ala bilərik: 

- Əlbəttə, dezinformasiya kampaniyalarını tam olaraq dayandırmaqdan, qarşısını tamamilə almaqdan söhbət getmir. Amma informasiya müstəvisi elə yerdir ki, kim irəli düşsə, o, qazanır. Biz nə edirik? Görürük ki, biz çox zaman təkzib etmək, yalan informasiyaları rədd etməklə məşğuluq. Halbuki özümüz önə çıxa bilərik və saxta, yalan informasiyaların tirajlanmasının qarşısını ala bilərik. Zatən bunları illərdir deyirik. Azərbaycanda xarici dildə media fəaliyyəti göstərə biləcək adamların sayı elə də çox deyil. Xeyli rusdillilər var, amma onların da bir çoxu elə “rus başlıdır”. İngilisdilli media təmsilçilərimiz var. Peşəkardılar, bacarıqlıdılar, nəsə etməyə çalışırlar, işə yaraya bilərlər. Amma bu, dəryada damla kimidir. Alman, ərəb, fars, hətta qardaş Türkiyənin türkcəsində fəaliyyət göstərə biləcək kadrlarımız yoxdur. Təsəvvür edin, hətta Türkiyədə ali təhsil alıb gələn məzunlarımız var. Hansı ki aralarında jurnalistika ixtisası üzrə təhsil alanlar da var. Şəxsən tanıyıram bəzilərini. Lakin bu adamların Türkiyə türkcəsində bircə dəfə də nəsə yazdıqlarını, xəbər, informasiya paylaşdıqlarını görməmişəm. Məsələ burasındadır ki, saxta, “feyk” xəbərlər, təəccüblü görünsə də daha çox məhz qardaş Türkiyədə istehsal edilir. Türkiyə  media müstəvisi üzərindən yayılır. Bunu edən də Rusiyaya, İrana bağlı mərkəzlərdir. Bu boşluğu görürük, amma düşünürdük ki, Türkiyədir, qardaş ölkədir, bizdən yanadır. Və o qədər də əhəmiyyət vermirik. Elə deyil. Türkiyə rəngarəng ölkədir. Hamı eyni fikirdə, eyni düşüncədə, eyni mövqedə deyil. Türkiyənin içində çox mürəkkəb siyasi oyunlar qurulur. Azərbaycan kimi dövlətlərə qarşı məqsədyönlü təbliğat aparılır, türk toplumunu ayırmaq, pərən-pərən salmaq, türk cəmiyyətlərində bir-birinə inamsızlıq yaratmaq, uzaqlaşdırmaq üçün. Bunun qarşısını almağın yolu informasiya müstəvisində önə çıxmaqdır. Müqəddəs məkanlar boş qalmamalıdır. İnformasiya müstəvisi də müqəddəs yerdir. Nə qədər ki biz bu boşluğu doldurmayacağıq, bizə qarşı bu cür kampaniyalar davam edəcək. Saxta informasiyalarla daim mübarizə aparmalı olacağıq, işimiz təkzib verməkdən ibarət olacaq. MEDİA Agentliyi bir çox media resurslarına maliyyə ayırır. Bu, müsbətdir. Alqışlanmalıdır. Amma bununla kifayətlənmək olmaz. Xarici media ilə iş birliyi qura biləcək media resurslarımız olmalıdır. Və onlar dünya mediası ilə işləməyi bacarmalıdırlar. Bunun üçün də xarici ölkə medialarıyla işləyə biləcək, xarici dilləri bilən şəxslər səfərbər edilməlidir. Medianın altını-üstünü bilən, ölkəmizin rifahı, informasiya müstəvisində fəal mübarizə aparmağı bacaran adamlar ortaya çıxarılmalı və əlini daşın altına qoymalıdırlar. Bu, bizim hamımızın vətəndaşlıq borcumuzdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Sentyabr 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see297

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see292

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see273

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see263

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see263

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see249

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see241

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see221

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see218

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see214

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see204

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see201

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see200

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see199

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see196

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see192

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see192

Alimlər uzun müddət oturmağın damarlar üçün təhlükəsini AÇIQLADI

04 Sentyabr 2026 20:13see191

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see187

Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər Həkim xəbərdarlıq etdi

04 Sentyabr 2026 23:45see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri