Icma.az
close
up
RU
İnformasiya müharibəsinin qalibi

İnformasiya müharibəsinin qalibi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

44 gündə 11 ölkənin 26 KİV-nə verilən müsahibələr

Bu günlərdə 5 illiyini  böyük qürur hissi ilə qeyd etdiyimiz şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir. Vətən müharibəsi günlərində dövlətimizin başçısı döyüş planlarını məharətlə idarə etməklə yanaşı, diplomatiya müstəvisində də yüksək fəallıq göstərir, dünya üzrə böyük auditoriyası olan KİV-ə müsahibələr verməklə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı. Sirr deyil ki, indiki dövrdə müharibələr iki cəbhədə aparılır – döyüş meydanlarında tanklarla, qırıcılarla, dronlarla və informasiya cəbhəsində ardıcıl təbliğatla, diplomatların zəkası, strateji baxışları və yanaşmaları ilə. Prezident İlham Əliyev həm Müzəffər Ali Baş Komandan kimi ön xətdə, həm də  mahir diplomat kimi informasiya cəbhəsində aparılan müharibələrin qalibi oldu.

Xronikaya nəzər saldıqda görürük ki, dövlətimizin başçısı 44 gün ərzində 11 ölkənin 26 KİV-nə müsahibələr verib. Həmin müsahibələrdə Prezident İlham Əliyev beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanan aydın və prinsipial vizionunu yüksək diplomatik məharətlə ortaya qoyub. “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm …o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb”, - deyə dövlətimizin başçısı bildirib.

Erməni təbliğat maşınının necə işlədiyi hər kəsə bəllidir. Ermənistan necə ki, xarici havadarlarının birbaşa köməyi ilə birinci Qarabağ müharibəsini qazanmışdı, elə həmin qüvvələrin və ayrı-ayrı ölkələrdəki təşkilatlanmış erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı güclü informasiya cəbhəsi açmağa nail olmuşdu. Təzada bir baxın. Bu ölkə təcəvüzkar olduğu halda transmilli mediada ermənilərin yazıq, təhdidlərə məruz qalan obrazı canlandırlırdı. Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsipindən çıxış etməsi, ədalətli müharibə aparmaq məcburiyyətində qalması, torpaqlarını azad etməsi isə bir sıra hallarda qınanılırdı. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi günlərində dünyada tanınan nəşrlərə verdiyi müsahibələr ilə vəziyyəti köklü şəkildə dəyişməyə, ölkəmiz ətrafında qurulan informasiya blokadasını tar-mar etməyə nail oldu. Əlbəttə, bunun asan başa gəldiyini düşünmək sadəlövhlük olardı. Bir sıra hallarda nüfuzlu nəşrləri təmsil edən müxbirlərin də erməni yalanlarına uyduqları və yaxud məkrli sifarişlər yerinə yetirdikləri aydın sezilirdi. Bəzən dövlətimizin başçısına tarixi  və bu günün reallıqlarını təhrif edən suallar ünvanlanırdı. Ancaq həmin müxbirlərin İlham Əliyevin təhrikedici suallara verdiyi təmkinli cavablar qarşısında susmaqdan və razılaşmaqdan başqa çarələri qalmırdı. Dövlətimizin başçısının həqiqətlərə və diplomatik məharətə  söykənən cavabları onlarda Azərbaycan barəsində yaradılan yanlış təsəvvürləri tamam dağıdırdı. Əlbəttə ki, yenə də bəzi qərəzli jurnalistlər istisna olmaqla.

İkinci Qarabağ müharibəsinin elə ilk günlərindən erməni təbliğat maşını bütün gücü ilə işə düşərək yenə də dövriyyəyə feyk məlumatlar buraxmağa başlamışdı. Bu məlumatlarda müharibənin başlamasının məsuliyyətinin Azərbaycanın üzərinə düşdüyü xüsusi vurğulanır, yenə də beynəlxalq ictimaiyyətdən kömək istənilirdi. Prezident İlham Əliyev Vətən müharibəsi günlərində transmilli mediaya verdiyi müsahibələrində bu məqama aydınlıq gətirməklə erməni yalanlarını təkzib etdi. Bəli, müharibə qan-qada, ölüm-itim, dağıntılar deməkdir. Azərbaycan xalqı və dövləti də heç vaxt müharibənin tərəfdarı olmayıb, həmişə çalışıb ki, keçmiş Dağlıq Qarabağ problemi sülh yolu ilə həllini tapsın. Ancaq bu, baş vermədi. Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz qaldı. Ermənistanın və Minsk qrupunun məqsədi keçmiş status-kvonun, yəni Azərbaycan ərazilərinin təxminən 20 faizinin işğal altında qalmasının sonsuzluğadək davam etməsinə nail olmaq idi. Azərbaycan bununla barışa bilərdimi? Əsla! Müharibənin 2020-ci il sentyabrın 27-də başlamasına gəldikdə isə bunun da baiskarı məhz təxribatlara əl atan Ermənistan olmuşdu. Prezident İlham Əliyev müsahibələrində bu xüsusda ətraflı bəhs edərək deyib: “Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik”.

Azərbaycanın ədalətli müharibə apardığı və həmişə də sülh mövqeyindən çıxış etdiyi Prezident İlham Əliyevin Vətən müharibəsi günlərində transmilli mediaya verdiyi müsahibələrdə dönə-dönə vurğulanıb.  Azərbaycanın sülhə sadiqliyi beynəlxalq səviyyədə bu gün də təqdir olunnur. Məsələn,  ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff  Prezident İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səylərini yüksək qiymətləndirib. Bu barədə Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında danışıb. O bildirib ki, avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini birbaşa soruşub. Azərbaycan Lideri cavab verib ki, məqsədi yalnız işğal olunmuş əraziləri geri qaytarmaq idi və “Ona artıq heç nə lazım deyildi”.

ABŞ Prezidentinin xüsusi elçisinin fikrincə, bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz bir qərardır.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri