ING Azərbaycanla bağlı makroiqtisadi proqnozlarını yeniləyib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Niderlandın ən böyük maliyyə qrupu "ING Group" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu yeniləyib.
525.az xəbər verir ki, ING 2025-ci ildə 1,5 %, 2026-cı ildə isə 2,8 % iqtisadi artım proqnozlaşdırıb.
Əvvəlki proqnoza nisbətən ING bu il üzrə artım proqnozunu 0,8 faiz bəndi azaldıb, 2026-cı il üçün isə 0,3 faiz bəndi artırıb.
Bankın proqnozlarına görə, 2025-ci ilin sonuna nominal ÜDM 79,6 milyard ABŞ dolları, gələn il isə 81,3 milyard ABŞ dollarına bərabər olacaq.
ING həmçinin, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5,1 %, 2026-cı ildə isə 5,8 % olacağını proqnozlaşdırıb.
Əvvəlki proqnozlarla müqayisədə cari il üçün gözləntilər 0,4 faiz bəndi azalıb, növbəti il üçün isə 0,5 faiz bəndi artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















