Moody s Azərbaycanla bağlı proqnozunu yeniləyib
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) real artımının 2024-cü ildəki 4,1 % və 2025-ci ildəki 1,5 %-ə qarşı 2026-2027-ci illərdə 2,5-3 % təşkil edəcəyini gözləyir.
Report agentliyin "Azərbaycan bank sisteminin perspektivləri" hesabatına istinadən xəbər verir ki, sürətlənmə qeyri-neft sektorunun dayanıqlı dinamikası ilə təmin ediləcək, çünki bank əməliyyatlarının əsas hissəsi bu sektorun payına düşür.
"Bu isə öz növbəsində kreditləşmənin artımını, bank aktivlərin keyfiyyətinin qorunmasını və sektorunun mənfəətliliyini dəstəkləyəcək", - hesabatda bildirilib.
"Moody's" qeyd edir ki, nəqliyyat-logistika sektorunda gücün və fəallığın genişlənməsi, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Qarabağ və Şərqi Zəngəzur regionlarında bərpa işləri, həmçinin bərpa olunan enerji sahəsində layihələrin həyata keçirilməsi iqtisadiyyata əlavə dəstək verəcək.
Agentlik vurğulayıb ki, sonuncular artıq külək və günəş elektrik stansiyalarına xarici investisiyalar cəlb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:329
Bu xəbər 25 Fevral 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















