ING dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB in profisiti 11% ə çatacaq
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Niderlandın ən böyük maliyyə qrupu olan ING Bankı 2026-cı ildə Azərbaycanın büdcə profisitinin ÜDM-in 5%-nə, cari əməliyyatlar hesabının profisitinin isə ÜDM-in 11%-nə çatacağını proqnozlaşdırır.
Bu barədə ING-nin Azərbaycan iqtisadiyyatına dair qiymətləndirməsində bildirilib.
Bank qeyd edir ki, Azərbaycan yüksək enerji qiymətlərindən ən çox faydalanan ölkələrdən biri olaraq qalır. ING-in qiymətləndirməsinə görə, daha yüksək enerji gəlirləri və enerji diplomatiyasının genişlənməsi ölkənin əsas üstünlükləri olaraq qalır.
Hesabatda vurğulanır ki, yüksək enerji qiymətləri Azərbaycanın xarici və fiskal ehtiyatlarını gücləndirəcək.
ING son dövrlərdə Azərbaycanın ticarət və enerji marşrutlarının inkişafı istiqamətində mühüm addımlar atdığını qeyd edir. Belə ki, Azəri-Çıraq-Günəşli yatağına beynəlxalq investisiyaların cəlb olunması imkanları nəzərdən keçirilir, Türkiyə ilə Abşeron yatağından qaz tədarükünə dair 15 illik müqavilə imzalanıb, Bakı-Supsa marşrutu isə Qazaxıstan üçün alternativ ixrac kanalı kimi qiymətləndirilir.
Bununla yanaşı, bank Azərbaycanın ticarət tərəfdaşlarından inflyasiya təzyiqlərinin ötürülməsinə nisbətən yüksək həssaslığını və ÜDM artımının zəif tempini əsas risk faktorları kimi qiymətləndirir.
Qeyd edək ki, 2026-cı il üzrə cari əməliyyatlar balansının profisiti üzrə ən yüksək proqnoz ING-yə aiddir.
apa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 İyun 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















