Icma.az
close
up
RU
ING: Neftin hər barel üçün 10 dollar artımı Azərbaycana əlavə üç milyard dollar gətirir

ING: Neftin hər barel üçün 10 dollar artımı Azərbaycana əlavə üç milyard dollar gətirir

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Niderlandın nəhəng bank qurumu olan "ING Group"un hesablamalarına görə, neft qiymətlərinin hər 1 barel üçün 10 ABŞ dolları miqdarında sabit yüksəlişi Azərbaycanın illik ixrac gəlirlərinə təqribən 3 milyard, enerji sektorundan əldə olunan büdcə gəlirlərinə isə təqribən 1.5 milyard dolları (bu göstərici ÜDM-in müvafiq olaraq 2 % və 4 %-nə bərabərdir) həcmində əlavə maliyyə axını yaradır.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a ING bankının Rusiya və MDB üzrə baş iqtisadçısı Dmitri Dolqin bildirib.

D.Dolqin hesab edir ki, belə bir tendensiya praktiki olaraq 2026-cı ildə Azərbaycanın xarici ticarət balansında kəsir yaranma riskini aradan qaldırır və milli valyutanın - manatın məzənnəsinin sabitliyini gücləndirir:

"Karbohidrogen ixracının fiziki həcminin genişləndirilməsi üçün mövcud imkanların məhdudluğu nəzərə alınmaqla, iqtisadi artım templərinə qısamüddətli təsirin, çox güman ki, minimal olacağı gözlənilir. Biz idxal inflyasiyasının sürətlənəcəyini proqnozlaşdırırıq. Çünki Azərbaycana idxal tədarükünün təxminən 45%-i inkişaf etmiş dövlətlərin və hazırkı münaqişə zonası ilə bilavasitə qonşu olan ölkələrin payına düşür. Bu ölkələrin hamısı enerji resurslarının qiymət artımından mənfi təsirlənəcək".

Qeyd edək ki, Azərbaycanın cari il üçün dövlət büdcəsində neftin baza qiyməti hər barel üçün 65 dollar həddində nəzərdə tutulub. Bu günə olan məlumata əsasən, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 82.29 ABŞ dolları səviyyəsində qeydə alınıb. "Brent" markalı neftin may füçerslərinin qiyməti isə 81.16 ABŞ dolları olub.

Xatırladaq ki, 2025-ci ilin nəticələrinə görə Azərbaycanın neft satışından əldə etdiyi ixrac gəlirləri 12.1 milyard ABŞ dolları (ixrac edilən xammalın orta qiyməti hər barel üçün 70 ABŞ dollarından çox olmaqla) təşkil edib. Halbuki 2024-cü ildə eyni göstərici orta qiymət 84 ABŞ dolları olmaqla 14.4 milyard ABŞ dolları həcmində qeydə alınmışdı.

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18 milyard 828.4 milyon manat olub. Bu rəqəm 2024-cü illə müqayisədə 7.2 % artım nümayiş etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Mart 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri