Neftin 10 dollar bahalaşması Azərbaycana nə qədər qazandırır?
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Neftin qiymətinin təxminən 10%, qazın isə xüsusilə Avropa bazarında 40%-ə yaxın artması iqtisadi diqqət mərkəzindədir. Azərbaycanın qaz ixracının təxminən yarısının Avropaya yönəldiyini nəzərə alsaq, bu qiymət artımları ölkə iqtisadiyyatına və büdcə gəlirlərinə birbaşa təsir göstərə bilər. Ekspertlər bildirirlər ki, enerji qiymətlərinin yüksəlməsi həm dövlət gəlirlərini artırmaq, həm də enerji strategiyasının daha dayanıqlı və uzunmüddətli planlaşdırılmasına imkan yaradır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, neft və qaz qiymətlərində artım enerji strategiyasına birbaşa təsir göstərməyəcək və büdcə gəlirlərinə də ciddi təsir etməyəcək. Lakin bu artımlar ölkənin ümumi sərvətinə əhəmiyyətli təsir göstərəcək:
"Çünki Azərbaycanda neft və qaz gəlirləri əsasən Neft Fondunda toplanır. Qiymət artımı nəticəsində fondun sərvəti, ölkəyə gələn neft-qaz dollarları artacaq, amma enerji strategiyasının özü dəyişməyəcək".
Ekspert bildirib ki, İran ətrafında baş verən hadisələr isə iqtisadi və inflyasiya baxımından ölkəyə müəyyən risklər yarada bilər:
"Bununla belə, müharibə şəraitində belə, neft və qazın qiymət artımı dövlət gəlirlərini artırır. Maliyyə Nazirliyinin hesablamalarına görə, illik ortalama neft qiymətinin 10 dollar yüksəlməsi ölkəyə təxminən 2,2 milyard manat əlavə vəsait gətirir. Bu vəsaitin 1,8 milyard manatı Neft Fonduna, 400 milyon manatı isə büdcəyə yönəlir. Yəni, ilin müddətində qiymət artımı büdcəyə əlavə gəlir olaraq 400 milyon manat təmin edə bilər. Burada söhbət yalnız illik orta qiymətlərdən gedir, gündəlik və ya aylıq dəyişikliklərdən deyil".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Neftin bahalaşması Azərbaycana nə qazandırır?
01 Aprel 2026 20:07
Neftin 10 dollar bahalaşması Azərbaycana nə qazandırır? Taleh Kazımovdan açıqlama
20 Oktyabr 2026 08:56
Neftin hər 10 dollar bahalaşması Azərbaycana 1,2 milyard dollar qazandırır
29 İyul 2026 22:02
Neftin bahalaşması Azərbaycana nə qazandıra bilər?
11 Oktyabr 2026 17:04
Neftin bahalaşması Azərbaycana nə verəcək? Deputat AÇIQLADI
09 Mart 2026 12:15
Baxış sayı:110
Bu xəbər 04 Mart 2026 14:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları