Icma.az
close
up
RU
İNG proqnozunu yenilədi

İNG proqnozunu yenilədi

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ildə ölkəmizdə inflyasiya sabit qalacaq

Niderlandın ən böyük maliyyə-bank təsisatlarından olan “ING Group” region ölkələri ilə bağlı yenilənmiş inflyasiya proqnozunu açıqlayıb. Təşkilatın hesabatında Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanın 4,8 faiz, 2026-cı il üçün isə 4,7 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Bankın ehtimallarına əsasən, Azərbaycanda 2025-ci ilin birinci rübündə orta illik inflyasiya 5,4 faiz, ikinci rübdə 5,7 faiz, üçüncü və dördüncü rüblərdə isə 4 faiz təşkil edəcək. 2026-cı ilin son rübündə bu göstəricinin 5,6 faiz olacağı gözlənilir.

“ING Group” inflyasiya gözləntiləri Azərbaycan hökumətinin cari və növbəti illər üzrə fərz edilən inflyasiya çərçivəsinə uyğundur. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya 4,6 faiz, 2026-cı ildə isə 4 faiz səviyyəsində olacaq. Yaxud, Mərkəzi Bankın (MB) da yenilənmiş proqnozları “ING Group”un qiymət indeksi ehtimallarına uyğundur. MB-nin 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 faiz, 2026-cı ildə isə 3,8 faiz təşkil edəcək.

“ING Group” hesab edir ki, ölkəmizdəki inflyasiya gözləntilərində cüzi artım tendensiyası Mərkəzi bankın pul-kredit siyasətində müəyyən dəyişikliklər etməsinə səbəb olacaq. Belə ki, ehtimallara görə, MB uçot dərəcəsini cari ilin mart ayında 0,25 faiz bəndi artıraraq 7,5 faizə çatdıracaq. Uçot dəhlizi sonrakı rüblərdə sabit qalacaq, 2026-cı ildə də eyni ssenari qorunub saxlanılacaq. Ümumilikdə, 2026-cı ilin üçüncü rübünə qədər uçot dərəcəsinin 7,5 faiz səviyyəsində saxlanılacağı gözlənilir, dördüncü rübdə isə pul siyasətində yenidən dəyişiklik olacağı fərz olunur. Qeyd edək ki, MB cari ilin 22 yanvar tarixində qəbul etdiyi qərara əsasən, uçot dərəcəsini 7,25 faiz səviyyəsində dəyişməz saxlayıb.

Digər proqnozlar da nikbindir...

Bu rəqəmlər digər beynəlxalq iqtisadi institutların proqnozlarına çox yaxındır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə,  2025-ci ildə 3,9 faiz təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə qiymət indeksi cari ildə 3,5 faiz, 2025-ci ildə 5 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarında isə inflyasiyanın  2025-ci ildə 3,5 faiz,  2026-cı ildə 4 faiz təşkil edəcəyi qeyd olunur. “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin iyun ayında açıqladığı yeni sənəddə Azərbaycanda 2025-2027-ci illərdə orta illik inflyasiya gözləntilərinin 3-4,2 faiz olacağı bildirilir.

Dünyada  geosiyasi və geoiqtisadi risklər inflyasiya təzyiqi yaradır...

Ancaq hökumət birrəqəmli inflyasiya çərçivəsinə arxayın olmayaraq, qiymət indeksinə təsir edən daxili və xarici faktorları, o cümlədən anti-inflyasiya tədbirlərini prioritet kimi diqqətdə saxlayacaq. Mərkəzi Bankın bəyanatından da görünür ki, 2025-ci il ərzində hökumətin antiinflyasiya  tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərinə uyğun olaraq, bir sıra iqtisadi alətlərdən istifadə olunacaq. MB bazarın olduqca əlverişliliyini, heç bir risk faktorlarının olmadığını nəzərə alaraq uçot dərəcəsini sabit saxlasa da, ehtiyatlılığı da əldən vermir. Belə ki, istehlak qiymətləri indeksinin müəyyənləşməsində daxili amillərlə yanaşı, xarici faktorun təsirləri xüsusi olaraq nəzarətdə saxlanılır. Çünki qlobal bazara tam arxayın olmaq olmaz, bölgədə geosiyasi mürəkkəb proseslər hələ də davam edir ki, bu risklər inflyasiyanı yenidən sürətləndirə bilər. Belə ki, xarici mühitin yüksək həssaslığı, dünyada  geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi,  beynəlxalq  logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın  hədəf səviyyələrindən  yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar qiymətlərin əlavə artımına səbəb ola bilər.

Ona görə də, hökumət inflyasiya faktorlarını təhlil edərkən inzibati alətləri də yaddan çıxarmaq niyyətində deyil və anti-inflyasiya tədbirləri əsas hədəf prioriteti kimi diqqətdə saxlanılacaq. İqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar yenə də işə koordinasiya ediləcək.

“ING Group”un iqtisadi artım proqnozu da ümidvericidir... 

“ING Group” 2025-ci ildə qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnozunda Azərbaycan iqtisadiyyatını sabit və inkişaf edən və iqtisadi artımın ümidverici olduğunu əks etdirən göstəricilər əsasında xarakterizə edib. Şirkətin tədqiqat qrupunun rəyinə görə, ölkəmizdə 2025-ci il üzrə iqtisadi artım proqnozunu 3,5 faiz nisbətində müəyyənləşdirib ki, bu da orta dünya göstəricisindən 0,5-1 faiz-bənd yüksəkdir.

“ING Group”un Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz göstəriciləri Azərbaycan hökumətinin cari və yaxın 3 illik inkişaf ssenarilərinə uyğundur. Hökumətin proqnozlarına əsasən, ÜDM real ifadədə 2,4  faiz  artaraq 118,4 milyard 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz təşkil edəcək. Qeyri-neft ÜDM-i isə  2025-ci ildə 2,7 faiz, 2026-cı ildə 4,9 faiz, 2027-ci ildə isə 5 faizə bərabər olacaq.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Fevral 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri