ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,7%, 2027-ci ildə isə 5,4% təşkil edəcəyini proqnozlaşdırıb.
“APA-Economics” xəbər verir ki, ING əvvəlki qiymətləndirmələrlə müqayisədə 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını dəyişməyib.
Bankın analitikləri 2026-cı ilin IV rübündə orta illik inflyasiyanın 5,7% olacağını gözləyirlər. Əvvəlki proqnoz 5,8% təşkil edirdi.
2027-ci ilin I və II rüblərində inflyasiyanın 5,5%, III və IV rüblərində isə 5,4% səviyyəsində olacağı proqnozlaşdırılır.
ING həmçinin, Azərbaycanda 2028-ci il üzrə orta illik inflyasiya proqnozunu 0,7 faiz bəndi artıraraq 6%-ə çatdırıb.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 11 Noyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















