Icma.az
close
up
RU
ING strateqləri dolların bahalaşacağını və avronun zəifləyəcəyini gözləyirlər

ING strateqləri dolların bahalaşacağını və avronun zəifləyəcəyini gözləyirlər

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ING strateqləri dolların bahalaşacağını və avronun zəifləyəcəyini gözləyirlər.

Banco.az xəbər verir ki, “ING” strateqlərinin fikrincə, istiqraz bazarındakı satış təzyiqi dolların möhkəmlənməsini dəstəkləyir. Padreyk Qarvi və Frantişek Taborskinin də daxil olduğu “ING” strateqləri mayın 20-də yayımlanan “FX Daily” hesabatında bildiriblər ki, istiqraz bazarında davam edən satış dalğası və ABŞ-də yüksək real gəlirlilik gözləntiləri dolların güclənməsi üçün əlverişli şərait yaradır.

Hesabatda yaxın müddətdə gəlirlilik səviyyələrinin həddindən artıq yüksəlməsi riskinin olduğu, gərginlik azalsa belə, real gəlirliliyin yüksək səviyyədə qala biləcəyi qeyd olunub. Sənəddə “2025-ci ildən fərqli olaraq, bu satış dalğası fiskal narahatlıqlardan deyil, inflyasiya ilə bağlı qorxulardan qaynaqlanır və bu da dollar üçün açıq şəkildə müsbət amildir” qiymətləndirməsinə yer verilib.

Strateqlər bildiriblər: “Fevral ayında dolların ucuzlaşmasının struktur deyil, dövri xarakter daşıdığını müdafiə etdiyimiz zaman dolların ABŞ səhmləri və 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyi ilə əlaqəsini birləşdirən təhlükəsiz liman göstəricisi hazırlamışdıq. Hazırda bu göstərici 2022-ci ilin sonundan bəri dollar üçün ən güclü təhlükəsiz liman cəlbediciliyinə və 2005-ci ilə qədər uzanan məlumat bazamızda ikinci ən yüksək səviyyəyə işarə edir.”

“Körfəz” bölgəsindən həqiqətən müsbət xəbərlər gəlmədiyi müddətdə dollar üzrə yüksəliş risklərinin üstünlük təşkil etməyə davam etdiyi vurğulanaraq qeyd olunub: “Dünən NATO-nun gəmilərin keçidini dəstəkləmək məqsədilə Hörmüz boğazına müdaxilə etməyi nəzərdən keçirdiyinə dair xəbərlər riskli aktivlərdə ciddi yüksəliş yarada bilmədi.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://banco.az
archiveBu xəbər 20 May 2026 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri