Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

İngilis dili bacarıqları yalnız test nəticələri ilə ölçülə bilməz Təhsil eksperti

İngilis dili bacarıqları yalnız test nəticələri ilə ölçülə bilməz Təhsil eksperti

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisdə ingilis dili dərslikləri ilə bağlı dinləmələr keçiriləcək. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sonuncu  iclasında komitə sədri Anar İsgəndərov deyib. O qeyd edib ki, Milli Məclis rəhbərliyinin bununla bağlı təlimatı var: "Elm və Təhsil Nazirliyi ilə məsləhətləşmələr aparılaraq bu mövzuya aid müzakirələr təşkil olunacaq".


 Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a  açıqlamasında deyib ki, ingilis dili dərslikləri əslində bizim təhsil sistemində həm metodik, həm də pedaqoji baxımdan ən çox müzakirə olunan mövzulardan biridir:


"Məsələ ondadır ki, hazırkı dərsliklər məzmun baxımından müəyyən standartlara cavab versə də, onların tətbiqi şagirdlərdə həqiqi dil bacarıqlarını formalaşdırmaqda kifayət qədər səmərəli olmur. Burada əsas problem dərsliklərin nəzəri bilik üzərində daha çox qurulması, praktik ünsiyyət bacarıqlarını isə kölgədə saxlamasıdır. İngilis dili bir fənn kimi qrammatikanın öyrədilməsi ilə məhdudlaşmamalıdır, şagirdlər bu dili real həyatda ünsiyyət vasitəsi kimi mənimsəməlidirlər. Ancaq dərsliklərdəki mətnlər çox vaxt həyatla zəif bağlı olur, şagirdlərdə maraq oyatmır və ən əsası, danışıq, dinləmə və düşünmə vərdişlərini inkişaf etdirməkdə kifayət qədər rol oynamır.

Digər tərəfdən, metodoloji baxımdan da problemlər mövcuddur. Bir çox dərsliklərdə müəllimlər üçün yönləndirici izahlar zəifdir, dərs prosesində tətbiq ediləcək oyunlar, kommunikativ tapşırıqlar, fərdi yanaşma modelləri ya ümumiyyətlə yoxdur, ya da formal şəkildə verilir. Bu isə müəllimi əlavə resurs axtarışına məcbur edir. Region məktəblərində müəllimlərin əlavə resurs tapmaq imkanları məhdud olduğuna görə, nəticədə tədris prosesində boşluqlar yaranır".


Ə. Həsənlinin sözlərinə görə, tədris keyfiyyətinə təsir edən mühüm bir məqam da qiymətləndirmə ilə bağlıdır: 

" Mövcud dərsliklərdə test yönümlü yanaşma üstünlük təşkil edir. Halbuki ingilis dili bacarıqları yalnız test nəticələri ilə ölçülə bilməz. Şagirdin sərbəst danışması, öz fikrini ingilis dilində ifadə edə bilməsi, dinlədiyini anlama bacarığı və gündəlik həyat situasiyalarında ünsiyyət qurması qiymətləndirmənin əsas hədəflərindən biri olmalıdır. Əfsuslar olsun ki, bu, real dərs praktikasında hələ zəifdir.

Milli Məclisdə keçiriləcək dinləmələr əslində çox önəmli bir imkan yaradır. Bu müzakirələrdən real nəticə əldə etmək üçün ilk növbədə dərsliklərin beynəlxalq təcrübə əsasında yenilənməsi vacibdir. Dünyada qəbul olunmuş CEFR (ümumi Avropa dil çərçivəsi) standartları var ki, Azərbaycan dərsliklərinin tam şəkildə ona uyğunlaşdırılması zəruridir. Məzmun uşaqların yaş xüsusiyyətlərinə uyğun, daha maraqlı və həyati situasiyalar üzərində qurulmalı, danışıq və dinləmə bacarıqlarını inkişaf etdirəcək fəaliyyətlər geniş yer almalıdır.

Bundan başqa, dərsliklərin hazırlanması prosesində müəllimlərin də rəyinə ciddi şəkildə önəm verilməlidir. Çünki dərslikləri sinifdə tətbiq edən birbaşa müəllimdir və onların təcrübəsi nəzərə alınmadan hazırlanan materiallar hər zaman formal görünür. Elə buna görə də müzakirələrin təkcə nəzəri deyil, praktik müstəvidə də nəticə verməsi çox önəmlidir. Əgər müzakirələrin sonunda yalnız məzmun dəyişikliyi yox, həm də metodoloji yanaşmada yeniliklər edilərsə, müəllimlərin dərs prosesində rahat istifadə edə biləcəyi, şagirdlərə isə dil bacarığı qazandıracaq daha faydalı dərsliklər hazırlanacaq. Qısası, ingilis dili dərsliklərinin problemini yalnız kitab səhvləri və ya məzmun çatışmazlığı kimi görmək düzgün deyil. Bu məsələ bütövlükdə dil tədrisi fəlsəfəsinin dəyişdirilməsi ilə bağlıdır. Müzakirələr də məhz buna yönəlməli və nəticədə Azərbaycan məktəblərində şagirdlərin yalnız imtahan üçün deyil, real həyat üçün ingilis dili öyrənməsinə zəmin yaradılmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Sentyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri