İngiltərə klubu “Sportinq”in iki gənc futbolçusuna 74 milyon ödəyib
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Çelsi" 74 milyon avro qarşılığında Portuqaliya "Sportinq"inin 2 gənc futbolçusunu "rənglərinə bağlayıb". Sport24.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
O, bildirib ki, London klubu 17 yaşlı portuqaliyalı cinah yarımmüdafiəçisi Geovani Kenda ilə yanaşı, hazırda İspaniyanın "Las Palmas" klubunda icarə əsasında çıxış edən portuqaliyalı 20 yaşlı yarımmüdafiəçi Dario Esuqa ilə anlaşıb.
Esuqu (22,27 milyon avro) 2025-ci ilin yayında "Çelsi"yə keçəcək, Kenda isə (52,14 milyon avro) daha bir il "Sportinq"də qalıb, 2026-cı ilin yayında "zadəganlar"ın futbolçusu olacaq.
Qeyd edək ki, "Las Palmas"ın dayaq yarımmüdafiəçisi cari mövsümdə bütün yarışlarda 19 oyun keçirib və bir qol vurub. Kenda isə Lissabon klubunun heyətində ümumilikdə bütün turnirlərdə 44 matçda iki qol vurub və 8 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 20 Mart 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















