Real Sportinq in 15 yaşlı futbolçusuna elçi düşüb
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Real" "Sportinq"in 15 yaşlı yarımmüdafiəçisi Yakobo Afonsoya maraq göstərir. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Madrid klubu oyunçunun potensialını yüksək qiymətləndirir və bir müddətdir ki, onun inkişafını izləyir. Mənbə bildirir ki, mərkəz yarımmüdafiəçisi kimi çıxış edən Afonso fiziki göstəriciləri, dərinlikdən hücuma qoşulmaq bacarığı və topa sahibolma texnikası ilə fərqlənir.
Oyunçu həm İspaniya, həm də Portuqaliya vətəndaşlığına malikdir. O, Salamankada anadan olsa da, Portuqaliyada böyüyüb. Afonso daha əvvəl İspaniyanın aşağı yaş qrupları üzrə milli komandalarına, o cümlədən U-16 yığmasına dəvət alıb.
"Real" daim perspektivli gənc istedadları erkən yaşda öz akademiyasına cəlb etməyə çalışır. Klub bu yaxınlarda "Espanyol"dan 14 yaşlı Yan Vilyanı heyətinə qatıb, həmçinin oktyabrın 6-da 16 yaşı tamam olan Cey-Cey Qabrielin transferi üzərində də işləyir.
ESPN-in xəbərinə görə, "Kral klubu" Afonsonun inkişafını izləməyə davam edir və yaxın aylarda onunla müqavilə imzalamaq imkanını nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 18 Oktyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















