İngiltərə Liqa Kuboku: Nyukasl ilk yarımfinal oyununda Arsenalı məğlub edib
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Nyukasl" İngiltərə Liqa Kubokunun ilk yarımfinal oyununda Londonun "Arsenal"ını 2:0 hesabı ilə məğlub edib.
“Report xəbər verir ki, görüş Londonda keçirilib.
"Nyukasl"ın heyətində Aleksander İsak (38-ci dəqiqə) və Entoni Qordon (51-ci dəqiqə) fərqləniblər. "Nyukasl"ın isveçli hücumçusu İsak son beş matçda yeddinci qolunu vurub. Ümumilikdə, hücumçu bu mövsüm 15 matçda 22 dəfə rəqib qapısına yol tapıb.
"Nyukasl" ardıcıl yeddinci oyunda qalib gəlib. İngiltərə Liqa Kubokunun əvvəlki oyununda "Nyukasl" 1/4 finala yüksəlib və burada turnirin gələcək finalçısı London "Çelsi"yə məğlub olub (penaltilərdə 1:1, 2:4).
Komandaların cavab görüşü fevralın 5-də keçiriləcək. Oyun "Nyukasl"ın meydanında baş tutacaq. Digər yarımfinal qarşılaşmasında Londonun "Tottenhem" və "Liverpul" komandaları oynayacaq. Komandalar arasında ilk görüş yanvarın 8-ə, cavab görüşü isə fevralın 6-a planlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 08 Yanvar 2025 05:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















