Icma.az
close
up
RU
İngiltərə Liqa Kuboku: “Arsenal”, “Liverpul” və “Nyukasl” yarımfinala vəsiqə qazanıblar

İngiltərə Liqa Kuboku: “Arsenal”, “Liverpul” və “Nyukasl” yarımfinala vəsiqə qazanıblar

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Liqa Kubokunun 1/4 finalının üç qarşılaşması baş tutub.

“Report” xəbər verir ki, “Arsenal” “Kristal Pelas”ı, “Nyuaksl” “Brentford”u, “Sauthempton” isə “Liverpul”u qəbul edib.

Paytaxt Londonun iki təmsilçisi – “Arsenal” və “Kristal Pelas” komandaları arasındakı qarşılaşma “topçular”ın minimal üstünlüyü ilə başa çatıb – 3:2. Sözügedən matçda braziliyalı hücumçu Qabriel Jezus (54’, 73’, 81’) het-trik imza atıb. “Qartal”ların qollarını isə Jan-Filipp Mateta (4’) və Eddi Nketia (85’) vurub.

“Nyukasl” – “Brentford” oyununa isə ev sahiblərinin inamlı qələbəsi ilə yekun vurulub – 3:1. “Sağsağanlar”ın qollarını italiyalı yarımmüdafiəçi Sandro Tonali (9’, 43’) və Fabian Şer (69’) vurublar. “Arılar”dan isə ancaq konqolu Yoan Vissa (90+1’) fərqlənib.

Günün son qarşılaşması isə ölkənin cənubunda baş tutub. Premyer Liqanın autsayderi – “Sauthempton” və lideri – “Liverpul” arasında keçirilmiş matça favoritlərin minimal üstünlüyü ilə nöqtə qoyulub – 1:2. “Müqəddəslər”in yeganə qolunu Kemeron Arçer (59’), “qırmızılar”ın qollarını isə Darvin Nunyes (24’) və Harvi Elliot (32’) vurublar. Arne Slotun komandasının aparıcı oyunçuları – Məhəmməd Salah və Vircil van Dayk iştirak vərəqəsinə salınmamışdılar.

Mərhələnin son oyunu isə dekabrın 19-da Londonda baş tutacaq: Premyer Liqa təmsilçiləri olan “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gələcəklər.

Qeyd edək ki, turnirin yarımfinalda 1/4 finaldan fərqli olaraq cavab qarşılaşmaları da keçiriləcək. Birinci oyun yanvarın 6-da, cavab qarşılaşması isə fevralın 3-də təşkil olunacaq. Finalın isə martın 16-da neytral meydanda keçirilməsi nəzərdə tutulub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Dekabr 2024 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see326

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see144

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see133

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see129

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see126

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see126

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see125

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see124

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see124

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see120

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see120

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see120

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see119

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see116

18 milyon şagird qara ayaqqabımı geyinəcək? Nazirlik açıqlama verdi

31 Avqust 2025 13:14see116

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri