Icma.az
close
up
RU
İngiltərə nəhənginin rəsmiləri 16 yaşlı qapıçını izləmək üçün İstanbula gələcək

İngiltərə nəhənginin rəsmiləri 16 yaşlı qapıçını izləmək üçün İstanbula gələcək

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

İngiltərədə çıxış edən türkiyəli futbolçulara daha biri əlavə oluna bilər.
''Football-plus.az'' xəbər verir ki, ''Adana Dəmirspor''un gənc və istedadlı qapıçısı Dəniz Dönməzər premyer-liqa nəhənginin maraq dairəsinə düşüb. 16 yaşlı əlcək sahibi karyerasını ''Çelsi''də davam etdirə bilər.
''Adana Dəmirspor''un öz yetirməsi olan Dəniz Türkiyə çempionatında hələ ötən ilin mayında ''Antalyaspor''la səfər oyununda debüt edib. Həmin vaxt son anlarda Şahruddin Məhəmmədəliyəvi əvəzləyərək oyuna daxil olan Dənizin heç 16 yaşı da tamam olmamışdı. Elə bu mövsümün ilk turunda ''Fənərbaxça'' ilə səfər oyununda ilk dəfə start heyətində meydana çıxarkən də onun hələ 16 yaşı tamam olmamışdı. Aydın məsələ idi ki, bu cür gənc yaşda belə önəmli oyunlarda iştirak edən bir qapıçı mütləq Avropa klublarının diqqətini cəlb edəcək.
Yağız Sabuncuoğlunun xəbərinə görə ''Çelsi''nın qapıçılar üzrə məşqçilərindən bir nümayəndə aprelin 13-də bu qapıçını canlı izləmək üçün İstanbula gələcək. Həmin gün Adana təmsilçisi səfərdə ''Eyüpspor'' ilə qarşılaşacaq. Londondan gələcək qonaqları Dənizin meneceri Murat Ərdoğan qarşılayacaq və onlar birlikdə oyunu tribunadan təqib edəcəklər. Adanalılarla 2026-ya qədər müqaviləsi olan Dənizin bu mövsümkü göstəriciləri ürəkaçan deyil. Çünki ''Adana Dəmirspor'' özü çox bərbad durumdadı və bu komandanın artıq elitanı tərk edəcəyi rəsmiləşib. O, bu mövsüm 15 rəsmi oyunda forma geyib. Bu matçların heç birində qapısını toxunulmaz saxlaya bilməyib və ümumilikdə 36 qol buraxıb. Amma Dəniz bu qədər qol buraxmasına baxmayaraq demək olar, hər oyunda seyvləri və reaksiyası ilə diqqət çəkir.
190 sm boya malik olan Dəniz Dönməzərin transfer dəyəri təxminən 1 milyon avro civarında qiymətləndirilir.
Qeyd edək ki, son iki mövsümdə artıq iki gənc türkiyəli isim İngiltərəyə klublarına transfer olunub. Ötən mövsümün qış fasiləsində Yunus Əmrə Konak ''Sivasspor''dan ''Brentford''a yollandı. Bu mövsümün qış fasiləsində isə gənc müdafiəçi Yasin Özcanın ''Aston Villa''ya keçidi rəsmiləşdi. Amma o, mövsümü Türkiyədə tamamladıqdan sonra yayda İngiltərəyə yollanacaq.
Onu da xatırladaq ki, türkiyəli qapıçı Altay Bayındır da karyerasını İngiltərədə, dəqiq desək, ''Mançester Yunayted''də davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Mart 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri