İngiltərə Premyer Liqası: “Sunderlend” və “Lids” heç heçə ilə kifayətləndi
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının 18-ci turunda keçirilən “Sanderlend” - “Lidsin” qarşılaşmasında tərəflər hərəyə bir qol vurub.
İdman.Biz xəbər verir ki, görüşdə hesab 28-ci dəqiqədə açılıb. Simion Adinqra fərqlənərək “Sanderlend”i irəli çıxarıb. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə isə Dominik Kalvert-Lyuin “Lidsin” cavab qolunu vurub.
Bu nəticədən sonra “Sanderlend” 28 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. “Lids” isə 20 xalla 16-cı sıradadır.
Növbəti turda “Sanderlend” yanvarın 1-də evdə “Mançester Siti” ilə qarşılaşacaq. “Lids” isə eyni gün səfərdə “Liverpul”un qonağı olacaq.
Baxış sayı:82
Bu xəbər 28 Dekabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















