Icma.az
close
up
RU
İngiltərə Premyer Liqası: Yeni il ərəfəsində liderlərin qarşıdurması in İCMALI

İngiltərə Premyer Liqası: Yeni il ərəfəsində liderlərin qarşıdurması in İCMALI

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə İngiltərə Premyer Liqası (İPL) ənənəvi olaraq Yeni il bayramlarında fasilə vermir, baxmayaraq ki, bu dəfə dekabrın 31-i oyun günü olmayacaq.

İdman.Biz-in məlumatına görə, İPL-in 19-cu turu dekabrın 30-u və yanvarın 1-ni əhatə edəcək. Oyunların böyük əksəriyyəti ilk oyun gününə təsadüf edəcək.

Tur ərəfəsində liderlik uğrunda mübarizə hələ də son dərəcə gərgindir: “Arsenal” 42 xalla birinci pillədə qərarlaşıb, “Mançester Siti” ondan cəmi iki xal geri qalır (40), “Aston Villa” isə bir addımlıq məsafədədir (39). Bir qədər aşağıda “Liverpul” (32), eləcə də “Çelsi” və “Mançester Yunayted” (hər biri 29 xal) yer alır. Bu baxımdan, bayram günlərində ediləcək istənilən xal itkisi turnir cədvəlində vəziyyəti sürətlə dəyişə bilər.

“Arsenal” – “Aston Villa” (30 dekabr)

Turun mərkəzi oyunlarından biri Londonda, “Emireyts” stadionunda keçiriləcək və Böyük Britaniya vaxtı ilə saat 20:15-də başlayacaq. “Arsenal” qarşılaşmaya turnir cədvəlinin lideri kimi çıxacaq, “Aston Villa” isə çempionluq yarışında təzyiqi davam etdirərək liderə çox yaxın məsafədə qalır.

Ötən turda Mikel Artetanın komandası “Brayton”u 2:1 hesabı ilə məğlub edib, qələbə qolunu isə oyunun son dəqiqələrində vurub. “Aston Villa” isə səfərdə “Çelsi” üzərində 2:1 hesablı qələbə qazanıb. Həmin matçda əsas fiqur dubl edən Olli Uotkins olub.

Şəxsi görüş ərəfəsində diqqət çəkən məqamlardan biri kadr durumudur. KİV-in məlumatına görə, “Arsenal”da itkilər davam edir, “Aston Villa”da isə heyət seçiminə təsir edən diskvalifikasiyalar var. Bundan əlavə, birmingemlilərin bu mövsüm artıq londonluları məğlub etməsi də önəmlidir. Belə ki, 15-ci tur çərçivəsində “Aston Villa” “topçular”a 2:1 hesabı ilə qalib gəlib. Bu, “Arsenal”ın cari APL mövsümündə ikinci məğlubiyyəti olub və qarşıdakı oyunda Artetanın yetirmələrinin revanş almağa çalışacağı şübhəsizdir.

İPL-in 19-cu turunun digər oyunları

30 dekabr

“Bernli” – “Nyukasl”

“Çelsi” – “Bornmut”

“Nottingem Forest” – “Everton”

“Vest Hem” – “Brayton”

“Mançester Yunayted” – “Vulverhempton”

1 yanvar

“Kristal Pelas” – “Fulhem”

“Liverpul” – “Lids”

“Brentford” – “Tottenhem”

“Sanderlend” – “Mançester Siti”

Hazırkı vəziyyətə görə APL-in turnir cədvəli

“Arsenal” – 42

“Mançester Siti” – 40

“Aston Villa” – 39

“Liverpul” – 32

“Çelsi” – 29

“Mançester Yunayted” – 29

“Sanderlend” – 28

“Brentford” – 26

“Kristal Pelas” – 26

“Fulhem” – 26

“Tottenhem” – 25

“Everton” – 25

“Brayton” – 24

“Nyukasl” – 23

“Bornmut” – 22

“Lids” – 20

“Nottingem Forest” – 18

“Vest Hem” – 13

“Bernli” – 12

“Vulverhempton” – 2

Teymur Tuşiyev

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri