Icma.az
close
up
RU
İngiltərə Premyer Liqası: Mançesterin iki nəhəngi arasında 198 ci qarşıdurma in İCMALI

İngiltərə Premyer Liqası: Mançesterin iki nəhəngi arasında 198 ci qarşıdurma in İCMALI

Icma.az, Idman.biz saytına istinadən bildirir.

İngiltərə Premyer Liqasında(İPL) futbol üzrə 22-ci turun oyunları şənbə günü, yanvarın 17-də start götürəcək.

İdman.Biz-in məlumatına görə, İPL-də çempionluq uğrunda yarış getdikcə sürətlənir: liderliyi 49 xalla “Arsenal” qoruyur, ən yaxın izləyicilər isə hərəyə 43 xal toplamış “Mançester Siti” və “Aston Villa”dır.

Turnir cədvəlinin yuxarı pillələrində sıxlıq aşağı mövqelərdə də qalmaqdadır. Avrokuboklara vəsiqə uğrunda mübarizəyə “Liverpul” (35), “Brentford” (33), “Nyukasl” (32) və “Mançester Yunayted” (32) də qoşulub.

“Mançester Yunayted” – “Mançester Siti” (17 yanvar)

Turun mərkəzi oyunu “Old Trafford”da keçiriləcək Mançester derbisi olacaq. Burada çempionatın yeddinci və ikinci komandaları üz-üzə gələcək. “Yunayted”in aktivində 32 xal var və komanda avrokuboklara iddialılar qrupunda qalmaqda davam edir. “Siti” isə 43 xalla çempionluq tempi ilə irəliləyir və “Arsenal”ı təqib edir.

Bu qarşılaşma Mançester derbisi çərçivəsində keçiriləcək 198-ci rəsmi oyun olacaq. Statistikaya əsasən, “Yunayted”in aktivində 80 qələbə var, “Siti” 63 dəfə qalib gəlib, qalan görüşlər heç-heçə başa çatıb. Komandalar indiyədək bir-birinə qarşı 278 qol vurublar.

Derbiyə meydan sahibləri ciddi kadr intriqası ilə yaxınlaşırlar. “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik oyundan öncə keçirilən mətbuat konfransında Matthays de Liqtin zədə səbəbindən hələ də sıradan kənarda qaldığını təsdiqləyib, lakin klubda müdafiəçinin yaxın vaxtlarda heyətə qayıdacağına ümid edirlər. Bununla yanaşı, “Yunayted”də müsbət xəbərlər də var: Amad və Brayan Mbeumo Afrika Millətlər Kubokundan sonra komandaya qayıdıblar, Harri Maquayr zədədən sonra artıq ilk oyununu keçirib. Ümumilikdə, Kerrikin sözlərinə görə, komanda “yaxşı bir həftə” keçirib və derbiyə işgüzar vəziyyətdə çıxacaq.

“Mançester Siti” isə “Old Trafford”a müdafiə xəttində ciddi problemlərlə yollanır. Klub mənbələrinin məlumatına görə, eyni anda üç mərkəz müdafiəçisi - Yoşko Qvardiol, Con Stouns və Ruben Diaş — zədə səbəbindən oynaya bilməyəcək. Mateo Kovaçiç də hələ ki, sıradan kənardadır. Pep Qvardiola ayrıca qeyd edib ki, Diaş digərlərinə nisbətən daha tez qayıda bilər, Qvardiolla bağlı vəziyyət isə daha mürəkkəbdir. Bundan başqa, “şəhərlilər” kadr boşluqlarını doldurmaq üzərində çalışırlar: Mark Gehi-nin transferi müzakirə olunur, lakin matça qədər keçidin rəsmiləşdirilməsi gözlənilmir. Eyni zamanda, Rodri fasilədən sonra artıq heyətə qayıdıb, Oskar Bobb isə oynamağa hazır deyil.

Derbi ərəfəsində baş məşqçilərin ritorikasında maksimum ehtiyatkarlıq hiss olunur. Qvardiola açıq şəkildə bildirib ki, cari formadan asılı olmayaraq “Yunayted” hər zaman gözlənilməz rəqibdir. Kerrik isə öz növbəsində, komandanın klub ətrafındakı “səs-küyü kənara qoymağa” və yalnız işə fokuslanmağa çalışdığını vurğulayıb.

APL-in 22-ci turunun digər oyunları:

17 yanvar

“Çelsi” – “Brentford”

“Lids” – “Fulhem”

“Liverpul” – “Bernli”

“Sanderlend” – “Kristal Pelas”

“Tottenhem” – “Vest Hem”

“Nottinqem Forest” – “Arsenal”

18 yanvar

“Aston Villa” – “Everton”

“Vulverhempton” – “Nyukasl”

19 yanvar

“Brayton” – “Bornmut”

APL-in hazırkı turnir cədvəli:

“Arsenal” – 49

“Mançester Siti” – 43

“Aston Villa” – 43

“Liverpul” – 35

“Brentford” – 33

“Nyukasl” – 32

“Mançester Yunayted” – 32

“Çelsi” – 31

“Fulhem” – 31

“Sanderlend” – 30

“Brayton” – 29

“Everton” – 29

“Kristal Pelas” – 28

“Tottenhem” – 27

“Bornmut” – 26

“Lids” – 22

“Nottinqem Forest” – 21

“Vest Hem” – 14

“Bernli” – 13

“Vulverhempton” – 7

Teymur Tuşiyev

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Yanvar 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri