İngiltərə və Fransa Fələstinin tanınması ilə bağlı danışıqlara başlayıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərə və Fransa Fələstinin bu ilin iyununda tanınması ilə bağlı danışıqlar aparır.
APA xəbər verir ki, bu barədə çərşənbə günü “Guardian” qəzeti məlumat yayıb.
Danışıqları Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Lordlar Palatasında çıxışı zamanı təsdiqləyib.
O qeyd edib ki, iki dövlətin Yaxın Şərq münaqişəsinin həlli yollarının axtarışı ilə bağlı çağırdığı iyun konfransında Fələstinin tanınması məsələsi qaldırılacaq.
"Britaniyanın Fələstin dövlətini tanımasına heç kimin veto hüququ yoxdur. Biz həmişə demişik ki, tanınma özlüyündə son deyil və biz iki dövlətin yaranmasına aparan prosesin bir hissəsi kimi tanınmağa üstünlük verərdik.", - o bildirib.

İngiltərə Fələstinin dərhal tanınması çağırışlarını rədd etdi
29 Aprel 2025 23:46
Britaniya Fransa ilə Fələstinin tanınması imkanlarını müzakirə edir
01 May 2025 13:56
Makron: Fələstinin tanınması mənəvi borcdur
30 May 2025 14:11
Fələstinin indi tanınması məqbul deyil Vadeful
05 İyun 2025 22:15
İngiltərə nəhəngi Lionel Messi ilə danışıqlara başlayıb
20 Dekabr 2024 11:03

