İngiltərədə futbol matçı meydanın donması səbəbindən ləğv edildi
Icma.az bildirir, Unikal.az portalına istinadən.
İngiltərə Kubokunun üçüncü mərhələsinin "Solford Siti" - "Suindon" matçı meydanın donması səbəbindən ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Solford Siti" klubunun Mətbuat Xidməti məlumat yayıb.
Görüş yanvarın 10-da baş tutmalı idi.
"Son iki həftə ərzində proqnozlaşdırılan mənfi temperaturlar gözləntisi ilə meydanın üzəri örtülü saxlanılıb, həftə ərzində meydanda infraqırmızı qızdırıcılar hərəkət etdirilib. Lakin personalın bütün səylərinə baxmayaraq, meydanın bəzi hissələri hələ də buzla örtülüdür. Lazımsız narahatlıq yaratmamaq üçün oyunun keçirilməməsi barədə qərar qəbul edilib", - deyə klubun məlumatında bildirilir.
İngiltərə Kubokunun üçüncü mərhələsinin digər oyunları yanvarın 9-dan 12-nə qədər keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 09 Yanvar 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















