İngiltərədə əlavə vaxt ləğv olunur
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə Futbol Assosiasiyası ölkə kubokunda əlavə vaxtı ləğv etməyi düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Futbolçular və məşqçilər yorğunluqdan getdikcə daha çox şikayətlənirlər, əlavə vaxtın olduğu kubok turnirlərində çox güc itirdiklərini bildirirlər. Bunun fonunda İFA İngiltərə Kubokunda oyunun əsas vaxtı heç-heçə bitəcəyi təqdirdə, əlavə 30 dəqiqəni ləğv etməyi planlaşdırır. Qərar qəbul olunsa, komandalar dərhal penaltilər seriyası ilə üzləşəcək.
Qeyd edək ki, əvvəllər İngiltərə Kubokunda heç-heçə olduğu halda, təkrar oyun keçirilib. Bu reqlament 2018/19 mövsümündən ləğv edilib.
Mirağa

“Bavariya” və “İnter” qalib gəldi, İngiltərədə əlavə vaxt oynanılacaq YENİLƏNİR
12 Mart 2025 01:53
İngiltərədə xəstələr dəhlizlərdə müalicə olunur
16 Yanvar 2025 14:37
Ramos İngiltərədə oynayacaq?
01 Dekabr 2024 14:39
İngiltərədə adamyeyənlər yaşayıb ?
16 Dekabr 2024 17:20
Çempionlar Liqasında əlavə vaxt ləğv oluna bilər
09 Fevral 2025 09:19

