İngiltərədə ümidləri doğrulda bilməyən türkiyəli forvard Belçikaya yollandı
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Enis Destanın İngiltərə macərası erkən başa çatıb.
"Football-plus.az" xəbər verir ki, ''Altınordu''nun yetirməsi olan və ''Trabzonspor''da az-çox adından söz etdirən gənc türkiyəli forvard mövsümün əvvəlində ''Hall Siti''yə yollanmışdı. Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi onu sonrakı satışından 50 faiz payın ''Trabzonspor''a verilməsi qarşılığında heyətinə qatmışdı. Amma Enis çempionşipə adaptasiya oluna bilməyib.
O, 18 rəsmi matçda ümumilikdə 432 dəqiqə meydanda olub və cəmi 2 qol vuraraq ümidləri doğrulda bilməyib. Bu üzdən ''pələnglər'' 2028-ci ilə qədər müqaviləsi olan 23 yaşlı futbolçunu icarəyə göndərməyə qərar verib.
Destan mövsümün sonuna qədər Belçika təmsilçisi ''Vesterlo''nun şərəfini qoruyacaq. Bu xəbəri türkiyəli insayder Yağız Sabuncuoğlu paylaşıb. Belçika çempionatında 22 turdan sonra 25-ci pillədə qərarlaşan ''Vesterlo'' türklər tərəfindən idarə olunur.
2019-cu ildən bu yana klubun prezidenti türkiyəli iş adamı Oktay Ərcan, ikinci prezidenti isə ''Fənərbaxça''nın sabiq rəsmisi Hasan Çətinkayadı. Enis Destan Emin Bayram və Doğucan Haspolatdan sonra ''Vesterlo''nun indiki heyətində yer alan 3-cü türkiyəli futbolçu olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 29 Yanvar 2026 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















