Breno Almeyda ümidləri doğrulda bilmədi?
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Neftçi”nin qışda transfer etdiyi yeganə futbolçu Breno Almeyda “Şamaxı” ilə oyunda debüt etdi. Özü də meydana start heyətində çıxdı.
Bəs Almeyda özünü necə göstərdi? Bəlkə də start heyətində meydana çıxması tələsik addım idi. Həm də süni meydançada. Keyfiyyəti var, hiss olunur. Emil Səfərovla da yaxşı anlaşır. Amma komandaya tam uyğunlaşa bilməyib. İlk yarıda müdafiəyə kömək üçün geri çəkilən Breno bir neçə dəfə topu itirdi. Amma bir neçə dəfə uğurlu reyd və driblinqləri oldu. Ümumilikdə oyununu nə yaxşı, nə də pis dəyərləndirmək olar.
Ümid edək ki, gənc braziliyal; vinger daha keyfiyyətli meydançalarda özünü göstərməyi bacaracaq. Breno Almeyda üçün “Futbol+” qiymətləndirməsi - 5,5.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 02 Mart 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















