İngiltərədə universitetlərin 40 faizdən çoxu maliyyə çətinlikləri ilə üz üzədir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
London, 8 may, AZƏRTAC
İngiltərədə ali təhsil müəssisələrini tənzimləyən “Office for Students” təşkilatının yeni hesabatına görə, ölkədəki universitetlərin 40 faizdən çoxu bu ilin yayına qədər maliyyə kəsiri ilə üzləşəcək.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hesabatda universitetlərin maliyyə durumunun pisləşməsinin əsas səbəbi Böyük Britaniyaya gələn beynəlxalq tələbələrin sayının azalması olduğu bildirilib.
Xüsusilə 2024-cü ilin yanvarında qüvvəyə minən viza qaydalarındakı dəyişikliklər bu sahəyə ciddi təsir göstərib. Hesabatda həmçinin qeyd olunub ki, qeydiyyatda olan 270 ali təhsil müəssisəsindən 117-si, yəni 43 faizi iyul ayına qədər zərərlə fəaliyyət göstərəcəyini bildirib. Bu, universitetlərin ardıcıl üç ildir maliyyə çatışmazlığı ilə qarşılaşdığını göstərir.
141 ali təhsil müəssisəsini təmsil edən “Universities UK” təşkilatı bu hesabatı çox ciddi və düşündürücü adlandırıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 08 May 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















