İngiltərədən Trampa xəbər göndərdilər: Rusiya nəyin bahasına olursaolsun...
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp başa düşməlidir ki, Rusiya istər güc yolu ilə, istərsə də danışıqlar yolu ilə Ukraynadakı münaqişədə mütləq qalib gələcək.
Publika.az xəbər verir ki, bunu britaniyalı hərbi ekspert Alexander Merkuris bildirib.
“O bilməlidir ki, onların bu müharibə haqqında dediklərinin hamısı həqiqətə uyğun deyil. Ruslar mütləq qalib gələcək, bunu qarşısını almaq mümkün deyil, vəziyyəti dəyişdirə biləcək heç bir sanksiya və ABŞ-ın hər hansı bir şeyə təsir etmək üçün tədarük edə biləcəyi silahlar yoxdur”, - ekspert bildirib.
Təhlilçi həmçinin danışıqlarda Moskvanın sərt mövqe nümayiş etdirəcəyini bildirib: “Tramp da öz növbəsində münaqişənin dondurulması və Ukraynadakı Avropa qoşunlarının yerləşdirilməsi ilə bağlı təkliflərinin rədd ediləcəyinə hazırlaşmalıdır”
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 31 Dekabr 2024 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















