İngiltərənin ardından bu ölkə də ÇL də 5 komanda ilə təmsil olunacaq
Icma.az, sport24.az saytına istinadən bildirir.
Növbəti mövsüm Çempionlar Liqasında İspaniyanın 5 klubu mübarizə aparacaq. Sport24.az xəbər verir ki, bu, ötən gecə Avropa iqasının 1/4 finalının cavab oyunlarından sonra dəqiqləşib.
İspaniya 23,250 əmsalla UEFA reytinqində 2-ci, İtaliya isə 21,187 əmsalla 3-cüdür. Cari avrokubok mövsümündə "İnter" və "Fiorentina"nın gələcək çıxışlarından asılı olmayaraq, İtaliya İspaniyanı ötə bilməyəcək.
Bu mövsüm İspaniya təmsilçilərindən "Barselona" (Çempionlar Liqası), "Atletik" (Avropa Liqası) və "Betis" (Konfrans Liqası) avrokubokların yarımfinallarına yüksəliblər.
Qeyd edək ki, daha əvvəl İngiltərə də növbəti mövsüm üçün Çempionlar Liqasında 5 yeri təmin edib. UEFA-nın yeni qaydalarına əsasən, UEFA reytinqində ən yüksək əmsala malik ilk 2 ölkə Çempionlar Liqasında 5 komanda ilə təmsil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 18 Aprel 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















