İngiltərə növbəti mövsüm ÇL də azı 5 komanda ilə təmsil olunacaq
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Növbəti mövsüm futbol üzrə İngiltərə Premyer Liqasının azı beş komandası Çempionlar Liqasına vəsiqə qazanacaq. SİA xəbər verir ki, bu barədə “BBC Sport” məlumat yayıb.
Bildirilib ki, “Arsenal”ın “Real Madrid” üzərində Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda qazandığı qələbədən sonra İngiltərənin gələn mövsüm Çempionlar Liqasında minimum beş komanda ilə təmsil olunması təmin edilib. Belə ki, üç Avropa turnirinin hər hansı birində bir qələbə İngiltərə üçün beşinci yeri təmin edəcəkdi. İki əlavə yer UEFA-nın əmsal cədvəlində ölkələrin reytinqinə əsasən verilir. Qeyd edək ki, Premyer Liqanın lideri vahid lideri “Liverpul”dur (73 xal), onun ən yaxın təqibçisi isə “topçular”dır (62).
İlk üçlüyü isə “Nottinhem Forest” (57) qapayır. Turnir cədvəlinin dördüncü pilləsi ilə onuncu pilləsini cəmi səkkiz xal ayırır ki, bu da Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizəni daha da gərgin edir. Əgər “Aston Villa” bu il Çempionlar Liqasını qazanarsa, lakin yerli çempionatda Avropanın ali turnirinə vəsiqə qazana bilməzsə, “Mançester Yunayted” və ya “Tottenhem” isə Avropa Liqasını qazanarsa, İngiltərə 2025/2026 mövsümündə ÇL-də yeddi komanda ilə təmsil oluna bilər. İtaliya əmsal reytinqində ikinci yerdədir, onu ardınca İspaniya və Almaniya gəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 09 Aprel 2025 04:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















