Icma.az
close
up
RU
İngiltərənin şimal qərbində quraqlıq elan edilib

İngiltərənin şimal qərbində quraqlıq elan edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

London, 30 may, AZƏRTAC

Böyük Britaniya 1910-cu ildən bəri ən günəşli yaz fəslini yaşayıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, martın 1-dən mayın 27-dək Böyük Britaniyada 630 saat günəşli hava qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövründəki 377 saatla müqayisədə əhəmiyyətli dərəcədə artım deməkdir.

Uzunmüddətli quraqlıq səbəbindən çaylar və su anbarlarındakı suyun səviyyəsi 60 faizdən aşağı düşüb. Bu səbəblə İngiltərənin şimal-qərb bölgəsində rəsmi olaraq quraqlıq elan edilib. Son günlərdə qeydə alınan yağışlara baxmayaraq, həm şimal-qərb, həm də şimal-şərq bölgələri 1929-cu ildən bəri ilin əvvəlinə ən quraq startı verib. Ümumilikdə isə İngiltərə 1956-cı ildən bəri ən quraq fevral-aprel dövrünü yaşayıb.

Qeyd edək ki, bu quraqlıqdan əvvəl ölkə 2023-cü ilin oktyabrı ilə 2024-cü ilin sentyabrı arasında tarixindəki ən yağışlı 12 ayı yaşayıb və bu da genişmiqyaslı daşqınlara səbəb olub.

Hazırda isə su tələbatının 2030-cu illərin ortalarına qədər mövcud təchizat imkanlarını üstələyə biləcəyi ilə bağlı narahatlıqlar fonunda, ətraf mühit naziri Stiv Rid hökumətin inşa olunacaq iki böyük su anbarı layihəsinə birbaşa nəzarəti üzərinə götürüb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri