İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
London, 9 oktyabr, AZƏRTAC
İngiltərənin Yorkşir bölgəsində su anbarlarında və çaylarda suyun səviyyəsinin uzunmüddətli quraq hava şəraiti səbəbindən aşağı düşməsi ilə əlaqədar rəsmi olaraq quraqlıq elan edilib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bölgə yaz və yay aylarında yağıntıların az olması səbəbindən iyulun sonundan etibarən “uzunmüddətli quraq hava” statusunda idi. Bu gün isə vəziyyət “quraqlıq” səviyyəsinə qaldırılıb.
Rəsmilər bildiriblər ki, sentyabr ayının qeyri-adi dərəcədə quraq keçməsi və payız aylarında da yağıntıların az olması nəticəsində Yorkşirin bəzi ərazilərində çayların axını və yeraltı suların səviyyəsi çox aşağı düşüb. Bununla da Yorkşir İngiltərənin mərkəzi, cənub və şərq hissələri ilə birlikdə quraqlıq statusuna daxil olub. Ölkənin şimal-şərq və şimal-qərb bölgələri isə hələ də uzunmüddətli quraq hava statusunda qalır.
“Yorkshire Water” şirkəti isə hazırda müştərilər üçün suyun istifadəsinə məhdudiyyət tətbiq etməyi planlaşdırmadığını bildirib. Şirkət bunu su ehtiyatlarının idarə olunması, sızmaların azaldılması və suyun region üzrə şəbəkə daxilində yönləndirilməsi istiqamətində görülən işlərlə əlaqələndirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 09 Oktyabr 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















