Icma.az
close
up
RU
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı

Inın əsgərləri Putinin hərbçilərindən yaxşı

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu fikirlər "Washington Post"da dərc olunan məqalədəndir.
Müəllif yazır ki, bu faktları Ukrayna hərbçilərinin danışdığı hadisələr və Kurskda KXDR əsgərlərinin ölümündən sonra tapılan əşyalar və xüsusi qeydlər sübut edir.
3 aya 12 min KXDR əsgəri məhv olacaq - "Müharibə Araşdrımaları İnstitutu" Ukrayna xüsusi təyinatlıları nəşrin jurnalistinə Şimali Koreya hərbçilərinə məxsus və döyüş meydanında tapılan səs yazılarını və əşyaları göstəriblər. Asiyalıların əşyaları arasında xüsusən də Yeni il məktubları diqqət çəkib. Məktubun müəllifi çox güman ki, Şimali Koreya lideri Kim Çen In imiş. Tapılan əşyalar arasında gülləkeçirməz jiletlər, xüsusi avadanlıqlar, ilk tibbi yardım dəstləri, hərbi biletlər, kürək, Ukrayna istehsalı olan bıçaq və iki müasir rus avtomatı da olub.
Qeyd olunub ki, aşkar edilmiş döyüş qeydlərində rusların əməliyyatlar zamanı ukraynalıları əsir götürmək üçün KXDR-li əsgərləri necə hazırlamaları da yer alıb.
"Şimali Koreyalıların üzərində tapılan əşyalar arasında özündə Kim Çen Inın 31 dekabr və 1 yanvar tarixli müraciətlərini ehtiva edən, əl ilə yazılmış iki sənəd də var. Döyüşçülərin bu məktubları haradan aldıqları məlum deyil. Ola bilsin ki, onlar Pxenyandan xüsusi olaraq bu qoşunlara göndərilib", - müəllif yazıb.
Qeyd edək ki, KXDR hərbçilərinin Rusiya qoşunları ilə birgə döyüşlərə qatılması haqqında xəbərlər ötən ildən yayılır. Bir neçə gün öncə isə iki əsgərin əsir düşməsi bu məlumatların doğruluğunu təsdiqləmiş oldu. Bundan əvvəl Ağ Ev KXDR hərbçilərinin Kurskdakı itkilərini şərh edib. Ağ Evin müşaviri Con Kirbi bildirib ki, Rusiya bu döyüşçüləri daha çox meyit torbaları ilə təmin etməlidir. Çünki itkilər get-gedə artacaq.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Yanvar 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri