Icma.az
close
up
RU
İnkişaf etmiş Azərbaycan 2025ci ildə dünyanın diqqət mərkəzində olacaq RƏY

İnkişaf etmiş Azərbaycan 2025ci ildə dünyanın diqqət mərkəzində olacaq RƏY

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Ötən il də Azərbaycanın zəfərini qərbin bəzi bədxah dövlətləri həzm edə bilmədilər. Qəddarlığı və amansızlığı ilə heç bir xalqa bənzəməyən ermənilər isə intiqam düşüncəsi ilə geri qayıtmaq istədilər.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərli deyib.

O qeyd edib ki, ermənilərin cəhdləri əbəsdir, çünki Azərbaycan Prezidentinin də vurğuladığı kimi Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü sülh prosesini poza bilər. Dövlət başçısı əlavə edib ki, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq.

“Bununla belə, Fransa, Hindistan, ABŞ kimi dövlətlər Ermənistana ölüm saçan silahlar bağışlayır ki, Azərbaycana qarşı istifadə etsin. Lakin Prezident İlham Əliyev 2024-cü ildə Azərbaycanın qarşısında duran əsas məsələləri həll etmək üçün mümkün olanları etdi. Dəfələrlə Azərbaycanın dövlət başçısı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və ailə üzvləri Qarabağda işğaldan azad olan torpaqlarda oldular. Qarabağ və Şərqi Zəngəzurda sənaye müəssisələrinin, fabrik və zavodların təməlqoyma mərasimi bayram kimi qeyd olunur. Həmin ərazilərə köçən əhaliyə evlərin verilməsi, açarların təqdim olunması ciddi hadisələr kimi diqqət çəkir”, - MM üzvü vurğulayıb.

Deputatın sözlərinə görə, 2024-cü ilin ən önəmli hadisələrindən biri də COP29 kimi vacib və böyük tədbirin Bakıda keçirilməsi idi:

“Burada dünyanın 80-dən çox ölkəsinin dövlət və hökumət başçıları, ümumilikdə 70 mindən çox insan Azərbaycana səfər etdi, uğurlarımızın şahidi oldular və dünyanın ağrılı problemi olan ekoloji fəlakət bağlı müzakirələrin yekununda qərarlar çıxarıldı.

Eyni zamanda 2024-cü ilin ən böyük uğurlarından biri Azərbaycan xalqının iqtidar və xalq birliyinin bu dönəmdə də möhkəm saxlanmasıdır”.

A.İsgəndərli ötən ili kədərli hadisə ilə yekunlaşdırdığımızı da xatırladıb. Aktau səmasında Azərbaycan təyyarəsinin qəzaya uğramasından danışan deputat bunun çox ağrılı hadisə olduğunu söyləyib:

“Bu faciə onu göstərdi ki, Azərbaycan hər zaman öz prinsipiallığını qoruyur. Dövlət başçısı müstəqil Azərbaycanın haqqını və hüququnu qorumaq üçün mümkün olanları bəyan etdi. Qarşı tərəf isə Azərbaycanla hesablaşmalı oldu.

2025-ci ili işıqlı bir səhərə açılan Azərbaycan uğurlu addımlarla davam edir. Əminəm ki, 2025-ci ildə Qarabağla, məcburi köçkünlərin evlərinin bərpası, iqtisadiyyatın inkişafı, hərbi sahədəki uğurlarla bağlı ciddi irəliləyişlərin şahidi olacağıq. İnkişaf etmiş dövlətimiz türk dünyasının, qonşu dövlətlərin və dünyanın diqqət mərkəzində olacaq”.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://report.az
archiveBu xəbər 02 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri