Icma.az
close
up
RU
Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzində

Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzində

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın gözü Bakıdadır. Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Dünyanın 196 ölkəsindən 72 min iştirakçının qatıldığı konfransda dövlət başçıları, o cümlədən 80 prezident, vitse-prezident və baş nazirin iştirakı bunu deməyə əsas verir. Beynəlxalq tədbirlər arasında əhəmiyyətli bir yer tutan COP29-un (BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransı) paytaxtımızda keçirilməsi ölkəmizin dünyadakı nüfuzunu daha da yüksəldir. Bu tədbir ölkəmizin beynəlxalq əlaqələrini gücləndirməklə yanaşı, Bakının qlobal iqlim diplomatiyasının əsas mərkəzlərindən birinə çevrilməsinə yol açır.

COP29 Azərbaycanın təkcə beynəlxalq nüfuzunu artırmadı, həm də dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar açdı. Ölkəmiz iqlim siyasətinin əsas oyunçularından biri kimi qəbul edilir. Azərbaycanın qlobal səviyyədəki uğurlarını kölgədə qoymağa çalışan bəzi dairələr tərəfindən tənqidlər səslənməsinə baxmayaraq bu tənqidlər beynəlxalq ictimaiyyət tərəfindən rədd edilərək Azərbaycanın iqlim siyasətindəki əhəmiyyətli rolunu təsdiqlədi. Diplomatik səylər və beynəlxalq əlaqələr vasitəsilə Azərbaycanın tədbir zamanı mövqeyi gücləndirilib.

COP29 zamanı iqlim maliyyəsi üzrə əldə edilən razılaşmalar qlobal səviyyədə dayanıqlı inkişaf üçün yeni üfüqlər açıb. Dünya Bankı 170 milyard dollarlıq maliyyə öhdəliyini elan edərkən, Avropa İttifaqı və digər beynəlxalq maliyyə qurumları da inkişaf etməkdə olan ölkələr üçün iqlim fondlarına əlavə vəsait ayırmağı öhdələrinə götürüblər. Bu fondlar təmiz enerji texnologiyalarının tətbiqi, karbon emissiyalarının azaldılması və ekoloji layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan da bu tədbir çərçivəsində beynəlxalq maliyyə qurumları ilə əlaqələrini gücləndirərək, qlobal iqlim siyasətində önəmli bir lider mövqeyə yüksəlib.

COP29 Azərbaycanın daxili inkişaf strategiyasına da əhəmiyyətli təsir göstərib. Azərbaycanın dayanıqlı enerji siyasəti həm daxili tələbatı ödəmək, həm də qlobal miqyasda nümunəvi bir ölkə kimi çıxış etmək üçün yeni imkanlar yaradır. Təmiz enerji layihələrinin genişləndirilməsi, yaşıl texnologiyaların tətbiqi və karbon emissiyalarının azaldılması üzrə yeni təşəbbüslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaq.

COP29 həmçinin Azərbaycanın beynəlxalq siyasətdə liderlik ambisiyalarını həyata keçirdiyi mühüm bir platformaya çevrilib. Tədbir zamanı əldə edilən razılaşmalar, iqlim maliyyəsi üzrə yeni təşəbbüslər və dünya liderlərinin Bakıya yönələn diqqəti ölkəmizin qlobal səhnədəki mövqeyini daha da möhkəmləndirib. Beləliklə, Bakı təkcə regional deyil, qlobal səviyyədə də əhəmiyyətli diplomatik və ekoloji qərarların qəbul olunduğu bir mərkəz kimi tanınıb. Bu proses Azərbaycanın beynəlxalq arenadakı strateji əhəmiyyətini artıraraq, davamlı liderlik mövqeyini gücləndirəcək.

COP29 Azərbaycan üçün təkcə qlobal nüfuz baxımından deyil, həm də daxili inkişaf üçün strateji əhəmiyyətə malikdir. Təmiz enerji sahəsində yeni layihələr, ekoloji baxımdan dayanıqlı iqtisadiyyatın qurulması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ölkəmizin inkişaf strategiyasının əsas prioritetləri olaraq önə çıxır. Bu təşəbbüslər Azərbaycanın daxili inkişafını sürətləndirməklə yanaşı, dayanıqlı gələcək üçün yeni perspektivlər də açır.

COP29 zamanı Azərbaycanın göstərdiyi yüksək səviyyəli təşkilatçılıq dünya liderləri tərəfindən təqdir edilib. Tədbirin təhlükəsizlik tədbirləri və qonaqların rahatlığı üçün yaradılmış şərait, Bakı şəhərinin müasir infrastrukturunun təqdimatı, iştirakçılar arasında böyük rəğbət doğurub. Konfrans çərçivəsində Azərbaycanın ekoloji layihələri, dayanıqlı enerji siyasəti və yaşıl texnologiyalara verdiyi önəm geniş müzakirə olunub və yüksək qiymətləndirilib.

İslam
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Noyabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri