Icma.az
close
up
RU
İnkişafa vurulan zərbə... Və ya ABB nin 9 il əvvəl itirdiyi imkan

İnkişafa vurulan zərbə... Və ya ABB nin 9 il əvvəl itirdiyi imkan

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nicat Dağlar

2017-ci ilin 10 may tarixində Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının müdiri Sabit Fətizadə Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə verdiyi müsahibədə Azərbaycanın gələcəkdə öz milli kriptovalyuta modelinə sahib ola biləcəyini, nümunə olaraq “Azcoin” ideyasını səsləndirmişdi. Müsahibədə həmçinin bank sektoru da daxil olmaqla bütün sahələrin gələcəkdə süni intellekt əsaslı idarəetməyə keçid edəcəyi vurğulanırdı.

Sabit Fətizadə eyni zamanda o zaman çoxlarının anlayışsız olduğu detallara da toxunmuşdu. Məsələn, qeyd olunurdu ki, yaxın 10 ildə dünyada QR kodlarla informasiya əldə etmək, ödənişlər həyata keçirmək mümkün olacaq. Bu o vaxt idi ki, ölkədə QR kodlar barədə elementar anlayışlar mövcud deyildi. Bu, əslində sadəcə müsahibə deyildi, gənc və perspektivli maliyyə mühandisinin manifesti idi.

Təşəbbüskarlığın cəzalandırılması

Həmin dövrdə bu fikirlər bir çoxlarına uzaq görünə bilərdi. Lakin illər keçdikcə rəqəmsal maliyyə, blockchain və milli rəqəmsal valyuta anlayışları dünyanın əsas strateji istiqamətlərindən birinə çevrildi. S.Fətizadə isə sözügedən müsahibədən bir neçə ay sonra, daha dəqiqi Ulu öndər Heydər Əliyevin anım günü - dekabrın 12-də işdən getmək barədə ərizə yazmaq məcburiyyətində qaldı...

Yəni onun, bu gün aydın olduğu kimi, gələcəyi dəqiq görməsi və bunu səlist şəkildə ifadə etməsi işini itirməsinə səbəb oldu. Bankın o zamankı rəhbərliyi öz əməkdaşının gözləntilərinin nələrə əsaslandığını aydınlaşdırmaq, onun bilik və bacarıqlarından yararlanmaq əvəzinə, mayın 10-da verilmiş müsahibəyə dekabrın 12-də cəza kəsdi...

Bu gün, 12 may 2026 tarixində bu yazını qələmə almaqda məqsədimiz zamanında səslənmiş texnoloji baxışı və milli iqtisadi düşüncəni yaddaş xatırlatması kimi təqdim etməkdir. Çünki gələcək yalnız maddi resurslarla deyil, ideya, texnologiya və strateji düşüncə ilə qurulur.

Təkrarçılıq nə vaxtdan “yeni ideya” hesab olunur?

Bu gün ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov gələcəyin süni intellekt əsaslı olacağından danışır, Mərkəzi Bank kriptovalyutaların yaradılmasının və tətbiqinin mümkün yollarını araşdırır, müxtəlif işçi qruplar, komissiyalar yaradır... Nəticə isə hələ də yoxdur.

Bizim həşəmətli maliyyəçilərimiz sadəcə 9 il əvvəl deyilmiş fikirləri təkrarlamaqla çağdaşlığa əsaslanan "yeni ideya" müəllifləri kimi görünməyə çalışırlar.

Görünən odur ki, 18-ci əsrə aid bu məşhur deyim hələ də öz aktuallığını qoruyub saxlayır: “Bütün böyük həqiqətlər üç mərhələdən keçir: əvvəlcə onları lağa qoyurlar, sonra onlara şiddətlə qarşı çıxırlar, sonda isə onları açıq həqiqət kimi qəbul edirlər”. ABB-nin İdarə Heyəti sədrinin və Mərkəzi Bank rəsmilərinin bu gün dilə gətirdikləri fikirlər də Sabit Fətizadənin 9 il əvvəl dediklərinin HƏQİQƏT KİMİ qəbul olunduğuna açıq işarədir…

Biz töhfələr verə bilərdik…

Amma zamanında həmin fikirlərdən istifadə olunsaydı, müəllifin dəqiq hesablamalarına və rəqəmsallaşmanın, süni intellektin gələcəyini öncədən görmə qabiliyyətindən istifadə olunsaydı, bu gün Azərbaycan yeni dünyanın özəlliklərindən istifadə xüsusunda da lider ölkə kimi tanınacaqdı, hətta özü prosesə töhfələr verəcəkdi. İndiki halda isə biz sadəcə həm süni intellektin həyatımıza necə daxil olduğunu, həm də kriptovalyutanın dünya iqtisadiyyatında mövqeyini necə möhkəmləndirdiyini müşahidə etməklə məşğuluq. Ölkənin maliyyə bossları da illər əvvəl deyilmiş fikirləri sadəcə təkrarlamaqla məşğuldurlar.

GƏLƏCƏK ARTIQ GƏLİB, CƏNABLAR!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 May 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri