Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfrastrukturdan iqtisadi inkişafa

İnfrastrukturdan iqtisadi inkişafa

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Prezident cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında su təhlükəsizliyinin xüsusi yer tutduğunu bir daha nümayiş etdirdi. Bu müşavirə təkcə infrastruktur məsələlərinin müzakirəsi deyil, eyni zamanda sosial rifahın yüksəldilməsi, ekoloji təhlükəsizliyin təmin olunması və dayanıqlı şəhərsalma siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Cənab Prezidentin çıxışında vurğulandığı kimi, su təchizatı və kanalizasiya sistemləri milli təhlükəsizlik, ictimai sağlamlıq və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Bakı, Abşeron yarımadası və Sumqayıt ölkə əhalisinin böyük hissəsinin cəmləşdiyi, sənaye, nəqliyyat və xidmət sahələrinin intensiv inkişaf etdiyi regiondur. Bu səbəbdən sözügedən ərazilərdə su infrastrukturunun müasir tələblərə uyğun qurulması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bakı və Abşeron yarımadasında əhalinin sürətli artımı, yeni yaşayış massivlərinin salınması və iqtisadi fəallığın genişlənməsi mövcud su və kanalizasiya sistemlərinə əlavə yük yaradır. Eyni zamanda iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının azalması bu sahədə daha səmərəli və qənaətcil idarəetmə mexanizmlərinin tətbiqini zəruri edir. 2026–2035-ci illər üzrə Dövlət Proqramı məhz bu reallıqları nəzərə alaraq hazırlanır və içməli suyun keyfiyyətinin yüksəldilməsi, tullantı sularının təmizlənməsi, yağış sularının ayrıca sistem üzrə idarə olunması kimi əsas hədəfləri qarşıya qoyur. Bu yanaşma şəhər təsərrüfatının davamlılığını təmin etməklə yanaşı, əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsinə və ekoloji risklərin minimuma endirilməsinə xidmət edir. Dövlət Proqramında Sumqayıt şəhərinin də nəzərə alınması Prezident İlham Əliyevin bu sənaye şəhərinə göstərdiyi ardıcıl diqqət və qayğının məntiqi davamıdır. Son illər dövlət başçısının tapşırıqları əsasında Sumqayıtda mühüm sənaye, sosial və infrastruktur layihələri icra olunub, şəhərin iqtisadi potensialı əhəmiyyətli dərəcədə artıb. Kimya sənayesi, sənaye parkları, yeni istehsal sahələrinin yaradılması Sumqayıtı ölkənin aparıcı iqtisadi mərkəzlərindən birinə çevirib.

Məhz bu iqtisadi inkişaf fonunda şəhərdə su təchizatı və kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Prezidentin qayğısı ilə həyata keçirilən layihələr Sumqayıtın təkcə sənaye mərkəzi deyil, eyni zamanda yaşamaq üçün müasir və komfortlu şəhər kimi formalaşmasına şərait yaradır. Su təsərrüfatının yaxşılaşdırılması həm əhalinin rifahına, həm də sənaye müəssisələrinin dayanıqlı fəaliyyətinə birbaşa təsir göstərir.

Bakı, Sumqayıt və Abşeron üzrə vahid su infrastrukturunun formalaşdırılması regionun sosial-iqtisadi inkişafı üçün həlledici amildir. Təmiz içməli su təminatı, müasir kanalizasiya və tullantı sularının təmizlənməsi sistemi sənaye istehsalının genişlənməsi, investisiya mühitinin yaxşılaşdırılması və əhalinin sağlamlığının qorunması baxımından strateji əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti su təsərrüfatına lokal texniki məsələ kimi deyil, kompleks dövlət siyasəti kimi yanaşır. 2026–2035-ci illər üzrə Dövlət Proqramı Bakı, Abşeron və Sumqayıt üçün dayanıqlı inkişafın etibarlı təməlini formalaşdıracaq, bu regionların uzunmüddətli sosial-iqtisadi inkişafına güclü təkan verəcək.

Tahir Mirkişili

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri