Icma.az
close
up
RU
“İnnovativ məktəb” layihəsinin təqdimatı keçirilib

“İnnovativ məktəb” layihəsinin təqdimatı keçirilib

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 56 nömrəli tam orta ümumtəhsil məktəbinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant müsabiqəsində qalib olduğu “İnnovativ məktəb- kompleks inkişaf modeli” layihəsinin təqdimat mərasimi keçirilib.

525.az AzEdu.az-a istinadən xəbər verir ki, tədbir iştirakçılarını salamlayan 56 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Hüseynova təhsil ocağının son dövrlərdəki fəaliyyəti və əldə etdiyi uğurlara dair təqdimatla çıxış edib, “İnnovativ məktəb- kompleks inkişaf modeli” layihəsinin qarşıya qoyduğu məqsədlər barədə məlumat verib.

Mətbuat Şurasının sədri Rəşad Məcid təhsili idarəetmə qurumları ilə medianın qarşılıqlı və davamlı əməkdaşlığının vacibliyini qeyd edib, həmçinin media savadlılığının gənc nəslin formalaşmasında və təhsil prosesində strateji rol oynadığını diqqətə çatdırıb. R.Məcid layihənin icrasının məktəbdə innovativ yanaşmaların genişlənməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə və müasir tələblərə cavab verən məktəb modelinin formalaşmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqələrinin ölkə təhsilinin inkişafında oynadığı mühüm roldan danışan millət vəkilləri Ceyhun Məmmədov və Pərvanə Vəliyeva bu cür müsabiqələrin təhsil müəssisələrində innovativ təşəbbüslərin reallaşdırılmasına, qabaqcıl təcrübələrin formalaşmasına və müəllimlərin yaradıcılıq potensialının üzə çıxarılmasına geniş imkanlar yaratdığını vurğulayıblar.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İH-nin sədri Tural Əhmədov, BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, Təhsil İnstitutunun Metodiki Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Bakı Nobel İrsi Fondunun direktoru Fuad Qasımov, Peşəkar Təlim və İnkişaf Mərkəzinin rəhbəri Nəcməddin Mehdiyev, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “Məktəb guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli, QHT nümayəndələri, məktəb direktorları və valideynlər çıxış edərək “İnnovativ məktəb-kompleks inkişaf modeli” layihəsini müasir çağırışlara cavab verən, məktəbin inkişafını kompleks şəkildə nəzərdə tutan dəyərli bir təşəbbüs kimi qiymətləndiriblər. Bildiriblər ki, müasir dövrdə təhsil sadəcə bilik ötürmək deyil, həm də innovativ düşüncə, yaradıcılıq, tənqidi təfəkkür və rəqəmsal bacarıqların formalaşdırılmasını tələb edir. Bu baxımdan layihənin məktəb idarəçiliyindən başlamış təlim-tədris prosesinə, müəllimlərin peşəkar inkişafından şagird nailiyyətlərinə, məktəb-icma əməkdaşlığına qədər geniş bir sahəni əhatə etdiyini diqqətə çatdırıblar.

Təqdimat mərasimində layihənin fəaliyyət planı, tərəfdaş təşkilatlarla birgə həyata keçiriləcək icra mexanizmləri və gözlənilən nəticələri barədə iştirakçılara ətraflı məlumat verilib.

Qeyd edək ki, “İnnovativ məktəb-kompleks inkişaf modeli” layihəsinin əsas məqsədi ümumi təhsil müəssisəsində müasir təlim metodlarının tətbiqi, rəqəmsal bacarıqların inkişafı, şagirdyönümlü və davamlı təhsil mühitinin formalaşdırılmasından ibarətdir. Layihə çərçivəsində idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafı, şagird nailiyyətlərinin artırılması və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulur.

Sonda məktəb şagirdlərinin ifasında musiqili kompozisiyalar təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri