Icma.az
close
up
RU
ADNSU da innovativ layihənin təqdimatı keçirildi FOTO

ADNSU da innovativ layihənin təqdimatı keçirildi FOTO

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Yanvarın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycanın Yüksək Mədəniyyətli Vətəndaşı” adlı innovativ layihənin təqdimatı keçirilib və layihə çərçivəsində ilk mədəniyyətşünaslıq elmi oxuları təşkil edilib.

"Unikal" xəbər verir ki, layihə Azərbaycan Mədəniyyət Assosiasiyası “Simurq” tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkənin yeni sosial-mədəni strategiyasının həyata keçirilməsinə vətəndaş töhfəsi vermək məqsədilə icra olunur.

Bundan əlavə, layihə çərçivəsində altı fərqli hədəf qrupuna – dövlət məmurlarına, pedaqoqlara, müəllim və tərbiyəçilərə, jurnalistlərə, muzey və kitabxana işçilərinə, gənclər və qadın QHT-lərinə, tibb müəssisələrinin əməkdaşlarına mədəniyyətşünaslıq üzrə ustad dərsləri, mühazirələr və təlimlər keçiriləcək. Bu strategiya Azərbaycan xalqının mənəvi, intellektual və əxlaqi mədəniyyətinin inkişafında yeni mərhələyə nail olmağa yönəlib.  

Layihənin əsas məqsədinin yüksək mədəniyyətli vətəndaşların formalaşdırılmasına vətəndaş dəstəyi göstərmək olduğunu bildirən tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, “Simurq” A.M.A.-nın prezidenti Fuad Məmmədov layihə çərçivəsində ustad dərsi keçib. Dərs zamanı 35 illik fəaliyyət dövründə toplanmış universal mədəniyyətşünaslıq biliklərini əks etdirən, müxtəlif anlayış və sxemləri ehtiva edən 100-dən çox slayd nümayiş olunub.  

Azərbaycan alimlərinin dünya mədəniyyətşünaslığına töhfəsinə həsr olunmuş maraqlı məruzə ilə Azərbaycan Mədəniyyətşünaslar Cəmiyyətinin üzvü, tarix elmləri doktoru, professor Minixanım Əsədli çıxış edib. Siyasi mədəniyyət tarixi, dövlət idarəçiliyi və dövlət qulluğunun mədəni xüsusiyyətlərinə dair təhlil isə fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ramazan Şabanov tərəfindən keçirilən təlimdə yer alıb. Layihənin rəhbəri “Simurq” A.M.A. Rəyasət Heyətinin məsul katibi Leyla Hacıyevadır.  

Qeyd edək ki, layihə Bakı və ölkənin digər regionlarını da əhatə edəcək. İştirakçılar mədəniyyət, sivilizasiya və mədəniyyətşünaslıq üzrə yeni elmi biliklər əldə etməklə intellektual potensiallarını artırmaq imkanı qazanacaqlar. Onlar mədəni dəyərlər, intellektual, etik, hüquqi, idarəetmə, siyasi, ekoloji, dini mədəniyyət, əməyə münasibət, peşə etikası və məsuliyyət mədəniyyətinin mahiyyəti və xüsusiyyətləri barədə daha geniş anlayış əldə edəcəklər.  

Bundan əlavə, iştirakçılar mədəniyyətşünaslığın insan inkişafında, yaşanılan cəmiyyətin və güclü dövlətin formalaşmasında, təhsil sisteminin təkmilləşdirilməsində, eləcə də dövrün dəyişiklik və çağırışlarının yaratdığı davamlı mədəni transformasiyaların həyata keçirilməsində əvəzolunmaz kreativ rolunu dərk edəcəklər.  

Mədəniyyətşünaslıq elmi oxularını uğurla tamamlayan iştirakçılar “Azərbaycanın Yüksək Mədəniyyətli Vətəndaşı” sertifikatı və “Simurq” A.M.A.-nın yeni mədəniyyətşünaslıq monoqrafiyası – “Yüksək Mədəniyyətli İnsan” kitabı ilə təltif olunacaqlar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Yanvar 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri