Icma.az
close
up
RU
İnşaat mühəndisliyi üzrə ixtisaslaşan kadr niyə azalır? EKSPERT DANIŞDI

İnşaat mühəndisliyi üzrə ixtisaslaşan kadr niyə azalır? EKSPERT DANIŞDI

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İnşaat mühəndisliyi üzrə ixtisaslaşan kadrların azalması son illərdə təkcə Azərbaycanın deyil, bir çox postsovet və hətta Qərb ölkələrinin də rastlaşdığı bir problemdir. Bu tendensiyanın səbəbləri çoxşaxəlidir və hər biri bir-birinə bağlıdır. Problemin kökünü yalnız ali təhsil müəssisələrində və ya abituriyentlərin marağında deyil, daha geniş sosial-iqtisadi və təhsil siyasətində axtarmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Son 10 ildə Azərbaycanda inşaat sektorunun sürətli inkişafı, xüsusilə 2010-2015-ci illərdə böyük layihələrin həyata keçirilməsi bu sahəyə marağı artırmışdı. Amma 2015-ci ildən sonra ölkədə neft gəlirlərinin azalması, tikinti sektorunda durğunluq, layihələrin sayında azalma və əmək bazarında qeyri-müəyyənlik yaranıb. Nəticədə inşaat mühəndisliyinə olan tələbat azalıb, əmək haqqı gözləntiləri aşağı düşüb, yeni məzunlar və abituriyentlər üçün bu sahə əvvəlki kimi cəlbedici olmayıb. Dövlət Statistika Komitəsinin 2022-ci ilin ali təhsil statistikalarına əsasən, inşaat mühəndisliyi ixtisasına qəbul olunanların sayı 2010-cu illə müqayisədə 1,7 dəfə azalıb.

Digər tərəfdən, texnoloji dəyişikliklər və əmək bazarının rəqəmsallaşması tendensiyası da təsir edir. Son illərdə informasiya texnologiyaları, proqramlaşdırma, kompüter elmləri və maliyyə sahələri gənclər üçün daha prestijli və gəlirli hesab edilir. 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin statistikası göstərir ki, II və III ixtisas qruplarını seçən abituriyentlərin sayı sürətlə artır, lakin inşaat mühəndisliyi ənənəvi olaraq IV qrupda yer alır və burada rəqabət, maraq azalıb. Rəqəmsal ixtisasların artması inşaat mühəndisliyi və digər klassik texniki ixtisasların kölgədə qalmasına səbəb olub.

Təhsilin keyfiyyəti və ixtisas proqramlarının müasir tələblərə cavab verməməsi də problemin başqa bir istiqamətidir. Universitetlərin çoxunda inşaat mühəndisliyi üzrə proqramlar yenilənmir, təcrübə imkanları zəifdir, müasir avadanlıq və laboratoriyalar çatışmır. Müəllim heyətinin yaşlaşması, innovativ texnologiyaların tədrisə tətbiq olunmaması, məzunların bazar tələblərinə uyğun bacarıqlar əldə etməməsi abituriyentlərin seçimlərinə təsir edir. Bir çox hallarda məzunlar universitetdən sonra iş tapmaqda çətinlik çəkir və bu, cəmiyyətdə inşaat mühəndisliyinin nüfuzuna mənfi təsir edir.

Sosial amillər də nəzərəçarpacaq dərəcədə rol oynayır. Müasir gənclik fiziki və stresli işlərdən qaçmağa, daha rahat, ofis şəraitində işləməyə üstünlük verir. İnşaat mühəndisliyi isə sahədə işləməyi, tez-tez ezamiyyətləri, istər-istəməz təhlükəli və çətin şərtləri ehtiva edir. Eyni zamanda, əmək bazarında bu ixtisas üzrə rəqabət artdıqca, bəzi işəgötürənlər xarici kadrları və ya daha az maaşlı mütəxəssisləri seçir, bu da yerli kadrların motivasiyasını azaldır.

Dövlətin təhsil siyasətində və kadr hazırlığında da bəzi çatışmazlıqlar müşahidə olunur. Kolleclər və universitetlər arasında əməkdaşlıq zəifdir, orta ixtisas təhsili ilə ali təhsil arasında düzgün karyera pillələri yaradılmayıb. Bəzi proqramlarda ixtisaslaşdırılmış dərs saatları azalıb, şagird və tələbələr üçün inşaat mühəndisliyi ilə bağlı maarifləndirmə və motivasiya proqramları kifayət qədər təşkil olunmur. Mövcud qaydalara əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində ali və orta ixtisas təhsili pillələri üzrə ixtisasların əmək bazarının tələblərinə uyğun formalaşdırılması tələb olunsa da, real nəticədə bu, tam həyata keçirilmir.

Dünya təcrübəsində də analoji vəziyyət müşahidə olunur. ABŞ-da son 5 ildə STEM (elmi-texniki) sahələrə, xüsusilə proqramlaşdırma və IT ixtisaslarına maraq sürətlə artıb, klassik inşaat, mexanika və elektrik mühəndisliyi üzrə müraciət edənlərin sayı isə azalıb. Avropada da eyni dinamika yaşanır: Almaniyada 2022-ci ildə inşaat mühəndisliyi üzrə bakalavr səviyyəsinə qəbul olunan tələbə sayı son 10 ildə 30% azalıb. Səbəblər arasında əmək bazarının dəyişməsi, iş yerlərinin rəqəmsallaşması və sosial imicin dəyişməsi əsas yer tutur.

Azərbaycanda dəyişiklik üçün ilk növbədə universitet proqramları və əmək bazarı arasındakı əlaqə gücləndirilməli, müasir texnologiyaların, BIM modellərinin və rəqəmsal inşaat həllərinin tədrisə inteqrasiyası artırılmalıdır. Təcrübə proqramları genişləndirilməli, tələbələr üçün inşaat şirkətləri ilə birgə layihələr təşkil edilməli, müasir laboratoriyalar və innovativ təcrübə imkanları yaradılmalıdır. Eyni zamanda, dövlət tərəfindən inşaat mühəndisliyi ixtisasını seçən tələbələr üçün maliyyə və sosial dəstək proqramları formalaşdırılsa, bu, sahəyə marağı artırar. Dövlət layihələrində yerli kadrların üstün tutulması üçün real mexanizmlər hazırlanmalıdır.

Hazırkı reallıqda inşaat mühəndisliyi üzrə ixtisaslaşan kadrların azalmasının əsas səbəbi əmək bazarının transformasiyası, təhsildə yeniliklərin zəif tətbiqi, sosial imicin zəifləməsi və dövlət səviyyəsində məqsədyönlü dəstəyin azlığı ilə bağlıdır. Əgər bu sahəyə real investisiya, maarifləndirmə və motivasiya tədbirləri görülməzsə, yaxın illərdə Azərbaycanda inşaat mühəndisi qıtlığı yaranacaq və iri layihələrin icrasında xarici kadr asılılığı daha da artacaq. Bu isə milli təhlükəsizlikdən tutmuş iqtisadi inkişafa qədər bir çox sahədə mənfi nəticələrə gətirib çıxara bilər”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri