Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

900 məktəbdə bu fənn üzrə kadr yoxdur Ekspert DANIŞDI

900 məktəbdə bu fənn üzrə kadr yoxdur Ekspert DANIŞDI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məktəblərdə idman dərslərinin keçirilməsi şagirdlərin fiziki sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Lakin son dövrlərdə bəzi məktəblərdə bu dərslərin düzgün keçirilmədiyi və hətta idman dərsləri yerinə başqa fənlər keçirildiyi müşahidə olunur.

Bəs məktəblərdə idman dərslərinin düzgün şəkildə keçirilməməsinin əsas səbəbləri nədir? Niyə bəzi məktəblərdə fiziki tərbiyə dərsləri yerinə başqa fənlər təşkil olunur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, məktəblərdə idman dərslərinin keçirilməməsi problemi təkcə təşkilati və infrastruktur məsələsi deyil, həm də təhsil siyasəti, məktəb idarəçiliyi və valideyn-məktəb münasibətlərinin zəif koordinasiyası ilə bağlı daha dərin sistemli səbəblərə dayanır:

"İdman dərslərinin tədris prosesindən kənarda qalması, uşaqların fiziki, psixoloji və sosial inkişafına mənfi təsir göstərən əsas təhsil boşluqlarından biridir. Halbuki “Ümumi təhsil haqqında” Qanunun 9-cu maddəsində açıq şəkildə qeyd olunur ki, “ümumi təhsil müəssisəsində təhsil alanların fiziki tərbiyəsi, sağlamlığının qorunması və bədən tərbiyəsi fənninin tədrisi dövlətin əsas vəzifələrindən biridir”. Deməli, bu məsuliyyət yalnız məktəbin deyil, bütövlükdə təhsil sisteminin üzərinə düşür. Təhlil olunan faktlara görə, bir çox məktəblərdə idman dərslərinin keçirilməməsinin əsas səbəblərindən biri fiziki şəraitin və infrastrukturun qeyri-kafi olmasıdır. 2024-cü ildə aparılan monitorinqlər göstərib ki, ölkə üzrə 4400 ümumtəhsil məktəbindən təxminən 1700-də tam təchiz edilmiş idman zalı yoxdur. Xüsusilə kənd və qəsəbə məktəblərində bu göstərici 60%-dən çoxdur. Paytaxt məktəblərində isə zal olsa belə, çox zaman şagird sıxlığı səbəbindən idman dərsləri növbəlilik əsasında ya qısaldılır, ya da tamamilə başqa fənlərlə əvəz olunur".

Ekspert əlavə etdi ki, ciddi problemlərdən biri də ixtisaslı idman müəllimlərinin çatışmazlığıdır:

"Statistikaya görə, ölkə üzrə 7200 idman müəllimi fəaliyyət göstərsə də, təxminən 900 məktəbdə bu fənn üzrə kadr yoxdur. Müəllim çatışmazlığı səbəbindən dərslər ya ibtidai sinif müəllimləri, ya da digər fənn müəllimləri tərəfindən “idarə olunmuş kimi” göstərilir. Bu, həm tədrisin keyfiyyətinə, həm də şagirdlərin fiziki hazırlığının səviyyəsinə ciddi təsir göstərir. Digər səbəb, idman dərslərinin məktəblərdə prioritet hesab edilməməsidir. Müəllim və rəhbərlik səviyyəsində riyaziyyat, dil və ya informatika kimi akademik fənlərə daha çox üstünlük verildiyi üçün, idman dərsləri çox vaxt “boş vaxt” kimi qəbul edilir. Təhsil prosesinin nəticə mərkəzli, yəni imtahan və göstəriciyə yönəlik olması da bu vəziyyəti dərinləşdirir. Valideynlər də çox vaxt uşaqlarının akademik nəticələrinə fokuslandığından idman dərsinə əhəmiyyət vermir, bu da məktəbləri onu tədris planında formal şəkildə saxlamağa vadar edir. Mənfi nəticələr artıq görünür. Dünya Səhiyyə Təşkilatının 2023-cü il hesabatına görə, Azərbaycanda məktəbyaşlı uşaqların 26%-i artıq çəkiyə malikdir, bu da Avropa üzrə orta göstəricidən 9% yüksəkdir. 10-16 yaş arası uşaqların 43%-i isə gündəlik minimum fiziki aktivlik normasını yerinə yetirmir. Bu rəqəmlər birbaşa təhsil sistemində fiziki tərbiyənin zəifləməsi ilə əlaqəlidir".

Müsahibimiz qeyd etdi ki, Azərbaycanda Elm və Təhsil Nazirliyi bu istiqamətdə son illərdə bir sıra müsbət addımlar atıb:

"“Sağlam məktəbli” proqramı, “Məktəblilər arasında mini-futbol liqası” və “Olimpiya hərəkatı” təşəbbüsləri məktəblərdə idman fəaliyyətlərini stimullaşdırır. Nazirliyin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir, çünki məqsəd təkcə yarış təşkil etmək deyil, həm də idmanı məktəb mədəniyyətinə çevirməkdir. Lakin bu proqramların regionlarda bərabər tətbiqi, xüsusilə idman müəllimlərinin stimullaşdırılması və məktəblərdə idman infrastrukturunun yenilənməsi zəruridir. Təhlil nəticəsində aydın olur ki, məktəblərdə idman dərslərinin keçirilməməsi problemi təkcə fiziki şəraitin yoxluğu ilə deyil, həm də təhsil prioritetlərinin balanssızlığı ilə bağlıdır. Dəyişiklik üçün məktəb rəhbərləri və valideynlərdə idmana münasibət yenilənməli, bu fənn təhsil siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir. İdman dərsi formal deyil, funksional xarakter daşımalı, hər bir məktəbdə onun keçirilməsi nəzarət mexanizmləri ilə təmin edilməlidir".

Kamran Əsədovun fikrincə, idman dərsləri uşaqların sağlamlığı, intizamı və sosial inkişafı üçün təhsilin ayrılmaz hissəsidir:

"Elm və Təhsil Nazirliyinin bu sahədə başladığı təşəbbüslər müsbət addımlardır, lakin bu siyasətin davamlı və kompleks xarakter alması üçün həm infrastruktur, həm müəllim hazırlığı, həm də ictimai şüur səviyyəsində paralel dəyişikliklər həyata keçirilməlidir. Məktəb yalnız bilik yox, sağlamlıq və davranış mədəniyyəti formalaşdıran mühit olmalıdır, idman dərsləri isə bunun əsas vasitəsidir".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Noyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri