Icma.az
close
up
RU
İnsafsızcasına 35% illik faiz tətbiq edir

İnsafsızcasına 35% illik faiz tətbiq edir

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün əhalinin hüquqlarının kütləvi şəkildə pozulduğu sahələrdən biri də bank sektorudur. Bank sektoru əhalinin maliyyə savadsızlığından və bəzi hallarda dolaşıq mexanizmlərdən istifadə edərək müştəriləri faizlə “yükləyirlər” və külli miqdarda gəlir əldə edirlər. Sonda məlum olur ki, bankdan kiçik məbləğdə vəsait götürmüş müştəri həmin məbləğ üçün bağırsaq kimi uzanan faizlər ödəməli olur.

Təəssüf ki, Mərkəzi Bank hələ də istehlakçıların hüquqlarının qorunması sahəsində effektiv mexanizm ortaya qoya bilməyib.

Sizə ölkənin ikinci ən böyük bankı olan Kapitalbankın borcu silmə mexanizmi barədə danışmaq istəyirəm. Bu bankın xidmət göstərdiyi 1000 manat kredit limiti olan kart sahibiyəm. Kredit kart istifadəçiləri bilir ki, xərclənmiş vəsait bir qayda olaraq güzəştli və güzəştsiz statusa malik olur. Kart vasitəsilə mal və xidmətlər üçün ödəniş etdikdə xərclənmiş vəsait müəyyən dövrdə (30 gün, 45 gün və s.) güzəştli statusa malik olur. Ancaq nağdlaşdırma və başqa karta köçürtmə etdikdə (card to card) gündəlik faiz hesablanır. Məsələn, Kapitalbank belə əməliyyat üçün illik 35%-lik faiz tətbiq edir. Ölkə üzrə orta faiz dərəcəsindən 3 dəfəyədək yüksək…

Deməli, təxminən 12 gün əvvəl kartdan digər kartda 400 manat köçürtmüşəm və məndən 1.5% komissyon haqqı (6 manat) tutub. Qısası 406 manat vəsait çıxıb kartdan və faiz hesablanmağa başlayıb. Bura qədər sual yoxdur və hər şey qaydasındadır. Sual bundan sonra başlayır. 1000 manatlıq limitin təxminən 400 manatı güzəştli vəsait idi, 406 manat güzəştsiz və kartda isə 200 manata yaxın vəsait qalmışdı. Nəticədə mənim karta olan borcum 806 manat olub. Ancaq mən 10 gün müddətində hissə-hissə olmaqla 960 manatdan çox vəsait yatırmışam və sonda məlum olur ki, mənim 282 manat güzəştsiz statusa malik borcum var və ona görə illik 35% olmaqla gündəlik borc yığılır. Əvvəl fikirləşdim ki, borc xərclənmə tarixi əsasında örtülür. Əvvəl 400 manat, sonra isə faizlə birgə 406 manat örtüləcək. Ancaq bank karta qoyduğum 960 manat vəsaitin cəmisi 130 manatını güzəştsiz borca yönəldib. Yerdə qalan 282 manatlıq vəsaitə insafsızcasına 35% illik faiz tətbiq edir.

Əlbəttə bankla əlaqə saxladım və izahları özü mənafelərinə uyğun oldu. Borc ödəyəndə prioritet güzəştli vəsaitlər olur. Müştəriyə 1 aylıq möhlət verən borcu bağlamağı sonraya saxlamaq əvəzinə banka gündəlik faiz qazandıran borcu sonraya saxlayır. Müştəri terminallar vasitəsilə pul ödəyir və bank həmin vəsiti ona qazanc verən istiqamətə yönəldir.

Anlaşılan odur ki, hər bank öz istəyirən uyğun faiz siyasəti yürüdür və əhalinin maliyyə savadsızlığından istifadə edərək onları faizlə yükəyirlər. Müqavilələri isə öz mənafelərinə uyğun tərtib edirlər ki, istənilən vaxt həmin müqavilələrə istinad edərək özlərini haqlı çıxartsınlar. Mən bilmirəm Mərkəzi Bank bankların faiz tətbiqinə necə nəzarət edirlər, amma əminəm ki, müştərilər bundan zərər görür. Ola bilsin hansısa müştəriyə gündəlik 15-20 qəpik faiz hesablamaq diqqət cəlb etməyə bilər. Amma 100 minlətlər müştərisi olan banklar 1 günlük qazancdan böyük vəsait əlaə edirlər.

Ümid edirəm Mərkəzi Bank bu hallara nəzarəti gücləndirəcək və bankların yox, əhalinin mənafeyindən çıxış edəcək.

Samir ƏLİYEV 

İqtisadçı ekspert 

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri