“İnşallah, bir gün yenidən “Xəzər Lənkəran” bərpa olunar” Mübariz Mənsimov
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fəaliyyətini dayandıran “Xəzər Lənkəran” klubunun sahibi olmuş Mübariz Mənsimov sosial media hesabında komandanın futbolçusu olmuş Oktay Derelioğlu ilə şəklini paylaşıb.
QOL.az xəbər verir ki, Türkiyədə yaşayan iş adamı paylaşımında yazıb:
“Bir zamanlar yalnız Azərbaycanın deyil, həm də Türkiyənin tanıdığı və böyük hörmət etdiyi əfsanəvi futbolçu, “Xəzər Lənkəran”ın önəmli oyunçularından biri olan Oktay Derelioğlu mənim qonağım oldu. Söhbətimiz zamanı təkcə futbolun bugünkü vəziyyətindən deyil, həm də Azərbaycan futbolunun son illərdə qazandığı uğurlardan danışdıq. Bu anlar mənim üçün çox dəyərli idi. İnşallah, bir gün yenidən “Xəzər Lənkəran” klubumuz bərpa olunar və biz Oktay Derelioğlu kimi dəyərli futbolçumuzu həm də baş məşqçi kimi komandamızın sükanı arxasında görərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 01 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















