Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

İnsan alverinə qarşı MÜBARİZƏ: Hüquqi çərçivə və islahatlar

İnsan alverinə qarşı MÜBARİZƏ: Hüquqi çərçivə və islahatlar

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsan alverinə qarşı MÜBARİZƏ: Hüquqi çərçivə və islahatlar

İnsan alveri müasir dövrün ən ciddi insan hüquqları pozuntularından biridir.

Bu cinayət insanların zorla işlədilməsi, məcburi cinsi istismar və digər məqsədlər üçün istismar edilməsini əhatə edir. Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, dünyada hər il yüz minlərlə insan insan alverinin qurbanı olur. Azərbaycan da bu qlobal problemlə mübarizə aparır və insan alverinə qarşı mübarizədə milli və beynəlxalq səviyyədə bir sıra mühüm addımlar atır.

Bəs bu sahədə ümumi mənzərə nə yerdədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Zübeyir Bağırzadə bildirib ki,  Azərbaycan həm mənşə, həm tranzit, həm də təyinat ölkəsi kimi insan alverinə məruz qala bilən şəxslərin olduğu bir coğrafi mövqedə yerləşir:

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2023-cü il üzrə statistik məlumatlarına görə, ölkədə insan alveri ilə bağlı 42 cinayət faktı qeydə alınmışdır. Bu cinayətlərin nəticəsində 24 nəfər qurban müəyyən edilmişdir ki, onların çoxu məcburi əmək və ya cinsi istismara məruz qalmışdır. İnsan alveri qurbanlarının böyük əksəriyyəti qadınlar və uşaqlardır. Bu şəxslər çox zaman iş tapmaq və ya daha yaxşı həyat şəraiti üçün müxtəlif vədlərlə aldatılaraq istismara məruz qalırlar".

Hüquqşünasın sözlərinə görə, Azərbaycan insan alverinə qarşı mübarizə məqsədilə güclü hüquqi və institusional çərçivə yaratmışdır:

"Azərbaycanda insan alverinə qarşı mübarizə geniş və kompleks hüquqi çərçivəyə əsaslanır. İnsan alveri ilə bağlı cinayət törədən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq sərt cəzalar nəzərdə tutulur. Bununla yanaşı, 2005-ci ildə qəbul edilmiş "İnsan Alverinə Qarşı Mübarizə Haqqında Qanun" bu sahədə qurbanların müdafiəsi, onların reabilitasiyası və təkrar istismardan qorunması üçün hüquqi baza yaradır. Bu qanunun tətbiqini daha da gücləndirmək məqsədilə 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı hazırlanmışdır. Plan qurbanların müəyyənləşdirilməsi, onlara hüquqi və sosial yardımların göstərilməsi və maarifləndirmə işlərinin genişləndirilməsi kimi məqsədləri özündə birləşdirir".

Müsahibimizin sözlərinə görə, insan alverinə qarşı mübarizə üzrə təşkilati strukturlar da bu fəaliyyətin əsas hissəsini təşkil edir:

"Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bu cinayətlərin qarşısını almaq və onları araşdırmaq üzrə əsas qurumdur. Bundan əlavə, ölkədə insan alveri qurbanlarına tibbi, psixoloji və hüquqi yardımlar göstərən xüsusi mərkəzlər və sığınacaqlar fəaliyyət göstərir. Bu mərkəzlər qurbanların reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası üçün mühim rol oynayır. Azərbaycan həmçinin beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizəyə töhfə verir. Ölkəmiz BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasına (UNTOC) və onun İnsan Alverinə qarşı Protokoluna qoşulmuşdur. Bu çərçivədə region ölkələri ilə məlumat mübadiləsi aparılır, cinayətkar qrupların qarşısını almaq üçün əməkdaşlıq edilir və beynəlxalq standartlara uyğun qanunvericilik və icra mexanizmləri təkmilləşdirilir".

Zübeyir Bağırzadə: Qanunvericilikdə edilən dəyişikliklər insan alverinə qarşı daha sərt cəzaların tətbiqini nəzərdə tutur

Həmsöhbətimiz son illərdə Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində bir sıra islahatların həyata keçirildiyini qeyd edib:

"Qanunvericilikdə edilən dəyişikliklər insan alverinə qarşı daha sərt cəzaların tətbiqini nəzərdə tutur. Eyni zamanda, maarifləndirmə kampaniyaları vasitəsilə cəmiyyətin bu məsələyə diqqəti artırılır, məktəblər və universitetlərdə bu mövzuda təlimlər keçirilir. İnsan alverinə qarşı mübarizədə texnologiyaların tətbiqi də mühüm yer tutur. Cinayətlərin qarşısını almaq və qurbanları müəyyən etmək üçün müasir texnologiyalardan istifadə edilir. Bundan əlavə, qurbanların reabilitasiyası üçün daha keyfiyyətli və əhatəli xidmətlər təqdim edən sığınacaqların sayı artırılmışdır".

Zübeyir Bağırzadə hazırda insan alveri ilə mübarizədə bir sıra çətinliklərin olduğunu deyib. Onun fikrincə, qurbanların aşkarlanması prosesi hələ də mürəkkəbdir, çünki qurbanlar çox zaman təhdid altında olduqları və ya ictimai damğalanma qorxusu ilə müraciət etməkdən çəkinirlər. Eyni zamanda, transmilli cinayətkar şəbəkələrə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və resurs çatışmazlığı da əhəmiyyətli maneələrdən biridir.

Son olaraq hüquqşünas deyib ki, hüquqi islahatlar, beynəlxalq əməkdaşlıq və milli səviyyədə görülən tədbirlər bu problemin qarşısını almaq üçün mühüm rol oynayır. Lakin effektiv nəticələr əldə etmək üçün davamlı islahatlar və ictimai iştirak tələb olunur. İnsan alverinə qarşı mübarizədə hər bir vətəndaşın məsuliyyəti və hüquqi mexanizmlərin gücləndirilməsi bu mübarizənin uğurunu təmin edə bilər.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri